Accessibility links

COVİD testləri və onların dəqiqliyi


COVİD testləri və onların dəqiqliyi
please wait

No media source currently available

0:00 0:02:53 0:00

COVİD testləri və onların dəqiqliyi

Omikron yoluxmaları ABŞ-da pik həddinə çatmaq üzrədir, COVID-19 testlərinə tələbat ən yüksək səviyyədədir. Bəs onlar kifayət qədər effektivdirmi?

Cordan Erbi və Culia Veyl tez-tez COVID-19 test məntəqələrinə baş çəkir.

"Biz test veririk ki, COVID-i yaydığımızdan narahat olmadan dostlarımızı görə bilək" - deyə, Proqram təminatına giriş üzrə analitik Cordan Erbi bildirib.

Onlar ev şəraitindəki testlərə güvənmək əvəzinə təlim keçmiş birinin laboratoriya üçün nümunələr götürməsini üstün tuturlar, baxmayaraq ki, Veyl yaşlı qohumlarını ziyarət etməzdən əvvəl özünü test edir.

"Prosesin özü olduqca asan idi, amma nəticələrdən əmin deyildim" - deyə, Ətraf Mühit üzrə mütəxəssis Culia Veyl qeyd edib.

Onun instinkti doğru idi.

2020-ci ildə tədqiqatçılar aşkar ediblər ki, COVID simptomları olan insanlarda evdə aparılan “antigen” testləri laboratoriyada 48 saat ərzində işlənə bilən “PCR” testlər qədər dəqiq deyil.

“Biz birbaşa BionaxNOW antigen testini qızıl standart PCR testi ilə müqayisə etdik. Antigen testi bütün COVID-19 yoluxmalarının 20%-ni aşkar etmək üçün buraxılıb” - deyə, Virginia Dövlət Universitetinin Səhiyyə Sistemindən Aleksandra Brayson bildirib.

Omikron variantında sürətli antigen testlərinin nə qədər yaxşı işlədiyi barədə hələ dəqiq məlumat yoxdur.

Ancaq insanlar nəticələrə daha inamlı olmaq üçün addımlar ata bilərlər.

Bu testlər 5 pozitiv test nəticəsindən təxminən 4-nü aşkarlayır.

İnfeksiyada çox erkən testlər tövsiyə edilmir.

“Əgər siz simptomatik olduğunuz müddətdə test etsəniz, ağır soyuqdəymə əlamətləriniz varsa və sisteminizdə çoxlu virus mövcuddursa, bu vəziyyətdə dəqiq olma ehtimalınız daha yüksəkdir. Biz tez-tez çoxsaylı sürətli testləri tövsiyə edirik. Beləliklə, təkcə bir test yox, bu gün antigen testinizi etdinizsə, 24-36 saatdan sonra yenidən yoxlayın" - deyə, Con Hopkins Universiteti Tibb Fakültəsindən Dr. Robert Bollinqer bildirib.

Kaliforniyada tibb professoru Dr.Peter Çin-Honq deyir ki, evdə test edərkən yaxma texnikasına çox diqqət yetirin.

“Platformadan asılı olaraq, siz hər tərəfə ən azı 5-10 dəfə tampon vurursunuz və sonra onu reagentin içinə qoyursunuz. Və sonra siz sadəcə vaxt ayırmalısınız. Tez baxmayın, çünki yanlış neqativ ola bilər və çox gec də yoxlamayın, çünki qeyri-sabit kimyəvi maddələr ola bilər” - deyə, o qeyd edib.

Prezident Co Bayden administrasiyası tezliklə amerikalı ailələr üçün 500 milyon COVID-test dəsti vəd edib və yerli hökumətlər yeni test meydançaları açmağa tələsir. Onlar xəstələri sağlamlıq xidmətlərinə müsbət məlumat verməyə təşviq edirlər. Lakin onlar da vurğulayırlar ki, testlər virusu ehtiva edən cavabın yalnız bir hissəsidir.

“Biz hələ də sakinlərimizi və dünyadakı insanları testin nəticəsinin neqativ olub-olmamasından asılı olmayaraq, COVID-19-un yayılmasının qarşısını almaq üçün addımlar atmağa çağırırıq. Bu, sosial məsafəni qorumaq, yaxınlarınızdan başqa insanlarla qapalı məkanda olduqda maska taxmaq və ən əsası peyvəndlənməkdir” - deyə, Arlinqton qraflığı İctimai Təhlükəsizlik Əlaqələri Departamentindən Hanna Vinant bildirib.

XS
SM
MD
LG