Accessibility links

COVID-19-a səbəb olan koronavirus ümumi səthlərdə 28 gün yaşaya bilir


Avstraliya alimləri COVID-19-a səbəb olan koronavirusun ümumi səthlərdə 28 gün yaşaya biləcəyini aşkar edib.

Bazar ertəsi günü Viroloji jurnalında nəşr olunan araşdırmada Avstraliyanın Milli Elm Agentliyinin CSIRO (Birlik Elmi və Sənaye Tədqiqatları Təşkilatı) tədqiqatçılarının SARS-COV-2 virusunun 20 dərəcə selsi ilə hamar səthlərdə yaşayan “son dərəcə möhkəm” olduqlarının müəyyən etdiklərini bildirilib.

CSIRO-nun alimləri SARS-COV-2 virusunun 40 dərəcə selsidə təxminən 24 saat sonra yoluxmanı dayandırdığını aşkar edib.

Alimlər yeni koronavirusun kağız əskinaslar, şüşə və paslanmayan polad kimi səthlərdə yaşaya bildiyini deyir.

Britaniyanın baş naziri Boris Conson parlamentdəki çıxışı zamanı ölkəyə yeni bir koronavirus xəbərdarlığı sistemi təqdim etməlidir.

Ümummilli qapanmalar əvəzinə hökumətin yeni sistemi sahələri orta, yüksək və çox yüksək risk kimi müəyyən edəcək. Birinci pillədə infeksiyanın nisbətən aşağı olduğu ərazilərdə restoran və barlarda məhdudiyyətlər daha az olacaq, risk üçüncü pilləyə qədər gücləndikdə restoranlar və barlar bağlanacaq.

Yeni sistem Consonun sözçüsünün “kritik bir nöqtə” olaraq xarakterizə etdiyi məqama çatıldığını deidiyi bir vaxt tətbiq edilir.

Ölkədə, xüsusilə şimal şəhərləri Liverpool, Merseysayd, Mançester və Nyukaslda COVID-19 yoluxma hallarının dramatik bir dalğasını yaşayır.

Britaniyada COVID-19-dan 42 825 ölümü qeydə alınıb ki, bu da bazar günü 65 ölüm halı daxil olmaqla, Avropada ən yüksək göstəricidir.

Cons Hopkins Universitetinin koronavirus izləmə layihəsinə görə, dünyada 37,4 milyondan çox insana yeni koronavirus diaqnozu qoyulub, bunlar arasında 1 075 942 ölüm halı var.

Hindistan bazar günü rəsmi olaraq COVID-19 infeksiyasına 7 milyon insanın yoluxduğunu təsdiqləyib. ABŞ 7.7 milyon təsdiqlənmiş yoluxma halı ilə ikinci yerdədir.

Hindistanın Səhiyyə Nazirliyi COVID-19-dan ölənlərin sayının 108 334-ə çatdığını bəyan edib.

Çinin şərqi Qingdao şəhərinin səhiyyə orqanları bazar günü doqquz yeni yoluxma barədə məlumat verdikdən sonra doqquz milyon əhalisinin hamısının testdən keçiriləcəyini bildirib.

Yeni yoluxma hallarına simptomsuz 4 nəfər daxildir. Beləliklə, sentyabrın 24-dən bəri Çində ilk dəfə yerli asimptomatik infeksiya halları qeydə alınıb.

XS
SM
MD
LG