Accessibility links

İctimai Palata hökuməti kəskin tənqid edib


İctimai Palata hökuməti kəskin tənqid edib
İctimai Palata hökuməti kəskin tənqid edib

Koordinasiya Şurasının 17 üzvü seçilib

Yanvarın 8-də Vətəndaş Hərəkatı-İctimai Palatanın (İP) sessiyası keçirilib. Sessiya İP-nin Koordinasiya Şurasının 17 üzvünü seçib.

Forumda iqtidarın apardığı siyasət kəskin tənqid edilib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər İP-ni hakimiyyətə alternativ güc mərkəzi adlandırıb. O, İP-nin əsas hədəfi olan növbədənkənar parlament seçkiləri keçirməyə nail ola bilinməməsinə diqqət çəkib. Cənab Qəmbər 2011-ci ildə cəmiyyətlə dialoq qurmaq istəməyən dövlət başçısı İlham Əliyevin istefasının gündəmə gətiriləcəyini və hakimiyyətə dialoq təklifinin İP-nin gündəmindən çıxarılacağı bildirib. “Biz hakimiyyətə dialoq təklif etdik, demokratiyaya yumşaq keçid üçün “yol xəritəsi” təqdim etdik, amma hakimiyyət buna reaksiya vermədi. Bəlkə bu hakimiyyətlə anladığı sərt dillə danışmaq lazımdır?”, - deyə o qeyd edib.
AXCP sədri Əli Kərimli insan haqları və demokratik prinsiplərin kobud şəkildə pozulduğunu nəzərə çatdırıb. O yazıçı Rafiq Tağının qətlindən 45 gün keçməsinə baxmayaraq, cinayətin üstünün açılmadığını, vicdan məhbuslarının həbsdən azad olunmadığını bildirib.

Sessiya iki bəyanat qəbul edib. Bəyanatlardan biri İP-nin 2 və 17 aprel mitinqlərindən sonra həbs edilən və beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı fəalların dərhal azadlığa buraxılmasını tələb edir.

Digər bəyanat isə yazar Rafiq Tağının qətlindən sonra ölkədə dindar-ateist qarşıdurmasına aiddir. Sənəddə R.Tağının qətlindən sonra sosial şəbəkələrdə baş verən ateist-dindar qarşıdurması idarə edilən proses sayılır. Bəyanatda R.Tağının qətli pislənilir, qətlin üstünün açılmamasının narahatlıq doğurduğu vurğulanır.

Öz növbəsində, rəsmi hakimiyyət ölkədə siyasi və iqtisadi islahatların durmadan inkişaf etdiyini, demokratiya, insan hüquqları, o cümlədən fundamental azadlıqlar sahəsində ardıcıl siyasət yürüdüldüyünü bildirir.

XS
SM
MD
LG