Accessibility links

Gözəl Bayramlı: “Azərbaycan qadınının siyasətdə rolu artırılmalıdır!” (AUDİO)


Gözəl Bayramlı: “Azərbaycan qadınının siyasətdə rolu artırılmalıdır!” (AUDİO)
Gözəl Bayramlı: “Azərbaycan qadınının siyasətdə rolu artırılmalıdır!” (AUDİO)

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini və İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı Amerikanın Səsinə müsahibədə Azərbaycandakı mövcud siyasi atmosfer və müxalifət qüvvələrinin fəallaşması haqda danışdı. O, demokratik hərəkatda gənclərin xüsusi rol oynadığını və AXCP-nin gəncləri öz sıralarına cəlb etmək yönümündə xeyli işlər gördüyünü bildirdi. İctimai Palatada qadın lider qismində xanım Bayramlı Azərbaycan siyasətində qadınlara daha geniş yer verilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, siyasi mübarizənin önündə gedən qüvvə kimi Azərbaycan qadınının qərar qəbul etmə mexanizmində də mütənasib çəkiyə sahib olması mühümdür. Gözəl Bayramlı rəhbrəlik etdiyi təşəbbüs altında siyasi məhbus ailələrinə göstərilən yardım işlərindən və demokratik hərəkatın gələcək planlarından danışdı. Müsahibənin audiosunu dinləyin:

XS
SM
MD
LG