Accessibility links

Kubalıların ilk qrupu ABŞ-a gəlib


Kosta Rikada ilişib qalan minlərlə kubalı miqrant Mərkəzi Amerika liderləri arasında razılıq nəticəsində əldə olunan plan çərçivəsində Birləşmiş Ştatlara gəlib.

Miqrantlar bazar günü Mayamiyə çatıb. Bundan öncə isə onlardan 180-i ABŞ sərhədini keçərək Texasa keçib.

Miqrantlardan Bayron Rohas Arevalo müxbirlərə Kosta Rikada iki ay qaldığını deyib.

Razılığa əsasən, miqrantlar Kosta Rikadan Salvadora, daha sorna isə avtobus vasitəsilə ABŞ-a keçə bilər. Bu ilk təcrübə kubalıların hamısının Birləşmiş Ştatlar keçməsinə imkan verilməsi üçün əvvəlcə Mərkəzi Amerika ölkələrinin hökumətləri tərəfindən dəyərləndirələcək. Daha sonra isə kubalıların Salvadora keçməsi üçün 28 uçuıun icra edilməsi gözlənilir.

Aylardır 8 min kubalı Kosta Rikada ilişib qalıb. Onlar Kolumbiya və Panama vasitəsilə Ekvadora, daha sonra Kosta Rikaya keçiblər. Onların Nikaraquaya girişinə isə icazə verilməyib.

Miqrantların ölkələrindən ABŞ-a qaçmaqsının səbəbi odur ki, onlar Vaşinqton və Havana arasında münasibətlərin bərpası nəticəsində soyuq müharibə zamanı ABŞ-a quru vasitəsilə keçən kubalılara üstünlük verən qanuna son qoyulacağından qorxur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG