Accessibility links

İsveç prokuroru Culian Assanjın həbs edilməməsi ilə bağlı qərara etiraz etmir


İsveç prokuroru İngiltərədə həbs olunan və İsveçdə təcavüzdən şübhələnilən WikiLeaks qurucusu Culian Assanjın həbs edilməməsi ilə bağlı qərara etiraz etmədiyini bildirib.

Baş prokuror müavini Eva-Marie Persson cümə axşamı "əlavə sorğu" aparmağı planlaşdırdığını söyləyib, amma ətraflı məlumat verməyib.

İsveç məhkəməsi onun həbs edilməməsinə dair hökm çıxarıb.

Ötən ay İsveç prokuroru Culian Assanja qarşı zorlama iddiaları üzrə ilkin təhqiqatı bərpa etməyə qərar verib.

Prokuror deyib ki, Assanj Londondakı Ekvador səfirliyindən çıxarılandan sonra şərait dəyişib və o, dindirilmək üçün İsveçə ekstradisiya oluna bilər.

Bu təhqiqat 2017-ci ildə dayandırılmışdı.

2010-cu ildə İsveçə səfər zamanı Assanj tərəfindən zorlandığını iddia edən qadının vəkili ötən ay təhqiqatın yenidən açılması ilə bağlı vəsatət qaldırıb.

Assanj iddianı rədd etmiş, cinsi əlaqənin razılıq əsasında baş tutduğunu söyləmişdi.

47 yaşlı jurnalist 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınıb. O, İsveçə ekstradisiyadan yayınmaq məqsədi ilə zaminlik şərtlərini pozmuş, məhkəməyə getməmişdi.

Aprelin 11-də o, səfirlikdən çıxarılıb. Britaniya məhkəməsi zaminlik şərtlərini pozduğuna görə ona 50 həftəlik həbs cəzası kəsib.

Avstraliya doğumlu Assanj Birləşmiş Ştatlarda da axtarılır. Ona 2010-cu ildə məxfi hərbi və diplomatik materialların yayılmasında iddia olunan roluna görə ittiham irəli sürülüb.

XS
SM
MD
LG