Accessibility links

Cümhuriyyət-in 9 redaktor heyətinin üzvü və jurnalistlərinin həbsinə qərar verilib


Türkiyə məhkəməsi müxalif Cümhuriyyət qəzetinin 9 redaktor heyətinin üzvü və jurnalistlərinin həbsinə qərar verib.

Hökm onların məhkəməsindən öncə çıxarılıb. Yerli media bunu Türkiyədə ifadə azadlığına dair beynəlxalq ictimiayyətin narahatlıqlarının səslənməsinə mane olunması kimi izah edir.

Cümhuriyyət-in baş redaktoru Murat Sabunçu və qəzetin redaktor heyətinin digər üzvləri-karikaturaçı Musa Kart və köşə yazarı Kadri Gürselin həbsi məmurlar, ziyalılar, müəllimlər və səhiyyə işçiləri daxil olmaqla, 10 min nəfərdən çox insan işdən azad edilməsindən sonra baş verib.Ötən həftə sonu ərzində onlarla xəbər agentliyi bağlanıb.

Bütün həbs edilənlərə qarşı Türkiyənin anti-terror qanunlarını pozaraq, kürdlərin üsyançı PKK qrupuna və ya din xadimi Fətullah Güləni dəstəkləmək ittihamları irəli sürülüb.

Türkiyədəki siyasi böhran beynəlxalq narazılılıqlara səbəb olub.

​ABŞ, Fransa, Almaniya, Britaniya və BMT Türkiyə hökumətinin kürd tərəfdarı siyasətçilərin həbsi və internetin bloklanmasına görə ciddi şəkildə qınayıb.

Polis reydinə və qəzetin baş redaktoru Murat Sabunçunun həbsinə etiraz olaraq yüzlərlə insan Cümhuriyət qəzetinin baş qərargahı qarşısına toplaşıb.

Qəzetin veb səhifəsində çoxu yazar olmaqla, qəzetdə çalışan onlarla insanın həbsinə qərar verildiyi bildirilir. Həbs edilənlər arasında 72 yaşlı köşə yarazı Aydın Enginin də olduğu deyilir.

XS
SM
MD
LG