Accessibility links

ABŞ Prezident Komissiyası kiber-təhlükəsizliyə dair hesabatını açıqlayıb


ABŞ-ın prezident komissiyası dünən ölkənin kiber-təhlükəsizliyi təkmilləşdirmək üçün 16 təcili məsləhətin həyata keçirilməsinə ehtiyac var. Bunlara istehlakçıların ağıllı alış-veriş etməsinə kömək üçün qidanın tərkibini göstərən cədvəl kimi etiketlərin yaradılması və Donald Tramp səlahiyyətlərinin icrasına başlayanadək məsələyə dair yeni beynəlxalq səfir təyin etmək daxildir.

Ölkə Kiber-Təhlükəsizliyinin Təkmilləşdirilməsinə dair Prezident Komissiyası bu addımların 2-5 il ərzində həyata keçirilməsinə çağırıb.

100 səhifəlik hesabatın açıqlanması ABŞ hökumət sistemlərinin tarixdə ən pis haker hücumuna məruz qalmasından və Obama administrasiyasının prezident seçkilərinin demokratın sistemlərini hak etməklə Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham etməsindən sonraya təsadüf edir.

Ölkə Kiber-Təhlükəsizliyinin Təkmilləşdirilməsinə dair Prezident Komissiyası bu addımların 2-5 il ərzində həyata keçirilməsinə çağırıb. Komissiya habelə Tramp administrasiyasına bunlardan bəzilərinin hakimiyyətinin ilk 100 günündə tətbiqini nəzərdən keçirməyi məsləhət görüb.

Şifrələri ləğv etmək

Komissiya məsləhət görüb ki, Tramp kiber-təhlükəsizlik üzrə prezidentdə müşavir vəzifəsi yaratsın. Həmin şəxs milli təhlükəsizlik müşavirləri vasitəsilə hesabat versin. Bundan başqa komissiyası beynəlxalq qaydaların yaradılması səylərinə başçılıq etmək üçün kiber-təhlükəsizlik üzrə səfirin yaradılmasını məsləhətgörüb. Təklif olunan dəyişikliklərə həmçinin ənənəvi şifrələrin ləğv edilməsi, 2021-ci ilədək kimliklərin oğurlanmasına son qoyulması daxildir.

Hesabatda habelə Tramp administrasiyasının 2020-ci ilədək 100 min yeni kiber-təhlükəsizlik işçisinə təlim keçməsi məsləhət görülür.

XS
SM
MD
LG