Accessibility links

Çexiya, Polşa və Bolqarıstan hava məkanlarını Rusiya təyyarələrinə bağlayır


Aeroflot
Aeroflot

Çexiya öz hava məkanını Rusiya aviaşirkətlərinə məxsus təyyarələrə bağlayır, nəqliyyat naziri Martin Kupka bildirib. Qadağa cümə günündən şənbə gününə keçən gecə qüvvəyə minir.

Baş nazir Mateuş Moraveskinin bildirdiyinə görə, Polşa da bənzər qərar verib. Daha sonra Bolqarıstan da hava məkanını bağlayıb.

Bundan öncə cümə axşamı Britaniyanın baş naziri Boris Conson “Aeroflot” hava yolu şirkəti, “Rostec” və Rusiya banklarına, o cümlədən VTB-yə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb, bundan sonra Federal Hava Nəqliyyatı Agentliyi Britaniya təyyarələrinin Rusiyaya uçuşuna qadağa qoyub.

Çexiyada cümə günü Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Dövlət Təhlükəsizlik Komitəsinin iclası keçirilib. İclasdan sonra ölkənin baş naziri Pyotr Fiala bəyan edib ki, hökumət Rusiya vətəndaşlarına təkcə vizaların deyil, həm də Çexiyada yaşayış icazələrinin verilməsini dayandırmaq qərarına gəlib.

O həmçinin Çəxiyanın Sankt-Peterburq və Yekaterinbuqrdakı konsulluqlarının fəaliyyətini dayandırdığını təsdiq edib.

Bundan bir gün öncə isə Rusiyanın Brno və Karlovı Varıdakı konsulluqlarının fəaliyyətini dayandıracağı məlum olub.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda Litva, Latviya, Çexiya ruslara viza verməyi dayandırıb. Çexiya prezidenti Miloş Zeman Rusiyanı SWIFT sistemindən çıxarmağı təklif edib. O, “rusların dəli olmadıqlarını” düşündüyü üçün Rusiyanın müharibə başlatmadığına inanmaqla səhv etdiyini etiraf edib.

XS
SM
MD
LG