Accessibility links

Hər iki partiyadan 16 senator DACA-ya dair razılıq əldə edib


ABŞ Senatı qanunvericiləri gənc sənədsiz mühacirlərin müdafiəsi, sərhədlərin qorunması və ailə əsaslı mühacirətə dair qaydaların dəyişdirilməsi ilə bağlı problemləri ünvanlamaq üçün təklif edilən planları nəzərdən keçirdikdən sonra çərşənbə günü mühacirət islahatlarına aid bir neçə təklifə səs verə bilər.

Çərşənbə axşamı 16 senatordan ibarət iki partiyalı qrup uşaq ikən ABŞ-a gətirilən sənədsiz immiqratlara vətəndaşlıq üçün yol təklif edən qanunvericiliyə dair razılıq əldə etdiklərini elan edib.

Bəzi islahatları prezident Donald Tramp dəstəkləyib.

Ötən həftələrdə Tramp 1.8 milyon sənədsiz gəncin vətəndaşlıq alması yolları, ABŞ sərhədlərinin qorunmasına əsaslı investisiya ayrılması, ailə əsaslı immiqrasiyanın məhdudlaşdırılması və istedadlı və bacarıqlı immiqrantların ölkəyə gəlmələrinin prioritetləşdirilməsini təklif edib.

Demokratlar uşaq yaşlarında ABŞ-a gələnlərlə bağlı təxirə salınmış icra proqramını (DACA-Deferred Action for Childhood Arrivals) Amerika mühacirət sisteminin kökündən dəyişdirilməsindən ayrı nəzərdən keçirilməsini tələb edib.

XS
SM
MD
LG