Accessibility links

ABŞ federal hakimi DACA-nı ləğv etmək səylərinin qeyri qanuni olduğunu deyib


ABŞ federal hakimi Tramp administrasiyasına "dreamers" adlanan 700 min gənc sənədsiz mühacirin deportasiyadan müdafiə qanununa dəyişiklik etməməsinə göstəriş verib.

Prezident Trampın uşaq yaşlarında valideynləri tərəfindən ABŞ-a qanunsuz gətirilən gənc mühacirlər üçün DACA proqramına son qoyma səylərinə sərt reaksiya verən rayon hakimi Con Beyts həmçinin Milli Təhlükəsizlik Nazirliyinə 2012-ci ildə qanun qüvvəyə mindikdən sonra ilk dəfə olaraq proqrama yeni müraciətçiləri qəbul etməsinə dair göstəriş verib.

Hakim Tramp administrasiyasının DACA-nı ləğv etmək səylərinin qeyri qanuni olduğunu deyib.

Lakin hakim rəsmilərin DACA-nı ləğv etməyə dair daha məqbul səbəb gətirməsi üçün qərarı 90 gün ləngidəcəyini deyib.

Administrasiya məsələyə münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG