Accessibility links

Şimali Dakotada polislə nümayişçilər arasında qarşıdurma olub


Birləşmiş Ştatların Şimali Dakota ştatında hüquq-mühafizəçiləri Dakota Access neft kəmərinə aparan fərdi yol üzərində düşərgə quran nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Rəsmilər polisi hədələyən və polis zabitlərinə daş atan bir neçə nümayişçini həbs edib.

Təxminən altı saat davam edən əməliyyat zamanı yüzlərlə silahlanmış dövlət polisi, yerli polis və hətta Milli Qvardiya zabitləri düşərgəni dağıtmaq üçün yanan barrikadaları keçib.

Nəticədə azı 117 nəfər həbs edilib. Qarşıdurma aylardır artmaqda olan etirazların nəticəsi idi.

Həftə sonu nümayişçilər Şimali Dokotadan İllinois ştatına gedən və iki min kilometr uzunluğunda olan neft kəməri üzərində işlərin getdiyi ərazidə daxil olub və burada düşərgə qurub.

Neft kəməri Standing Rock rezervasiyasından keçir və amerikalı hindli qəbilələr bu kəmərin su təchizatını təhlükə qarşısında qoyacağı və qədim mədəni abidələrə zərər yetirə biləcəyindən narahatdır.

Şimal Dakota ştatının rəsmiləri isə bildirir ki, ərazidə heç bir həssas mədəni abidələr olan yer aşkar edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG