Tibetin sürgündə olan dini lideri Dalay Lama bir daha məsləkdaşı, Nobel Sülh Mükafatı laureatı Aunq San Suu Kyini Rohinca böhranını sülh yolu ilə həll etməyə çağırıb.
Birmanın de-fakto lideri ilə bir neçə il əvvəl etdiyi söhbətə istinad edən Dalay Lama yazdığı məktubunda Aunq San Suu Kyinin müsəlman icmasının problemlərinin sülh yolu ilə həllində qətiyyət göstərməsini istəyib.
Amerikanın Səsinin Tibet Xidmətinin əldə etdiyi məktubun nüsxəsində Dalay Lama problemin daha da dərinləşməsinə görə məsyuluğunu ifadə edib. O həmçinin yazıb ki, heç şübhə etmir ki, Buddanın mütləq Rohinca xalqına kömək edərdi.
Bu arada, BMT-nin İnsan Haqları agentliyinin başçısı Myanma hökumətini Rohinca xalqını müdafiə etmədiyinə görə tənqid edib.
Zeyd Raad Əl-Hüseyn BMT-nin Qaçqınlar Üzrə Agentliyinin məlumatına istinadən bildirib ki, son üç həftədə 270 minə qədər insan qonşu Banqladeşə qaçıb.