Accessibility links

Dallas hücumu: Şübhəli "ağdərili adamları öldürmək istəyib"


Dallasın polisi rəsmiləri cümə axşamı etirazlar zamanı 5 polis zabitinin qətli və 9 nəfərin yaralanması ilə nəticələnən hücumun "məharətlə planlaşdırıldığını" deyir.

ABŞ hərbi rəhbərliyi hücumçulardan birinin Əfqanıstanda xidmət etmiş sabiq ordu rezervisti Mikah Haviyet Conson olduğunu təsdiqləyib.

Dallas polis rəyisi Deyvid Braunun cümə günü mətbuata verdiyi açıqlamaya əsasən, polislə qarşıdurma zamanı şübhəli şəxs onunla danışıqlar aparan polis əməkdaşına onun “ağdərili insan öldürmək, xüsusilə də ağdərili polisləri öldürmək istədiyini,” tək hərəkət etdiyini və heç bir qruplaşma ilə bağlı olmadığını deyib.

Aparılan danışıqlar nəticə verməyib və şübhəli polis tərəfindən partladılaraq öldürülüb. Polis rəisinin sözlərinə görə, polis şübhəlini partlayıcı maddələrlə silahlanmış xüsusi robot vasitəsilə zərərsizləşdirib.

Danışıqlar zamanı Conson polislərə şəhərdə yerləşdirilmiş bombalar tapa biləcəklərini deyib. Bomba təmizləmə dəstəsi tərəfindən şübhəli paket aşkar edilib.

ABŞ baş prokuroru Loretta Linç Ədliyyə nazirliyinin Dallas təhqiqatlarını hər cür lazımi yardımla təmin olunacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG