Snayerlərin dinc nümayiş zamanı 5 polis zabitini qətlə yetirməsindən sonra Dallas hüquq-mühafizə orqanları 3 şübhəlinin saxlanıldığını, birinin isə öldürüldüyünü bildirir. Azı 6 zabit cümə axşamı şəhərdə düzənlənən etiraz aksiyasında yaralanıb. Etirazçılar polislərin Minnesota və Luiziana ştatlarında iki qaradərili kişini öldürməsinə qəzəblərini ifadə edirdilər.
Dallasda polis pusquya salındı: Snayperlər 5 zabiti öldürdü

1
Dallasda polis zabiti qətliamdan bir gün sonra yol kəsişməsində patrul çəkərkən bir anlığa düşüncəyə dalır. Dallas, 8 iyul, 2016.

2
Snayperlərin polisləri güllələməsindən sonra küçədə vəziyyət. Dallas, 7 iyul, 2016.

3
Polis kütləni sakitləşdirməyə çalışır. Dallas, 7 iyul, 2016.

4
Dallas polisi bir neçə zabitin snayper tərəfindən vurulmasından sonra sürücünü saxlayır. Dallas, 7 iyul, 2016.