Accessibility links

Dallasda güllələnərək öldürülən üç polis zabitinin dəfn mərasimi keçirilib


Ötən həftə Texasın Dallas şəhərində snayper tərəfindən güllələnərək öldürülən beş polis zabitinin üçünün çərşənbə günü dəfn mərasimi keçirilib.

Hüquq-mühafizə orqanlarının yüzlərlə işçisi 43 yaşlı polis zabiti Brent Tompsonla vida mərasimində iştirak edib.

Digər iki polis zabiti Lorn Ahrens və Maykl Smitin də həmin gün dəfn mərasimləri keçirilib.

Üç polis zabiti ötən həftə iki ştatda polis işçilərinin iki afroamerikalını qətlə yetirməsinə görə qisas alan qaradərili ordu veteranı tərəfindən hədəf alınaraq öldürülüb.

Digər iki polis zabiti, Maykl Krol və Patrik Zamarripanın dəfn mərasimləri bu həftənin sonu keçiriləcək.

XS
SM
MD
LG