Accessibility links

Dallasdakı hadisə 2001-ci ildən bəri polis üçün ən ölümcül hücumdur


Cümə axşamı Dallas şəhərində beş polis işçisi snayper atəşi nəticəsində öldürülüb. Hadisə ABŞ hüquq-mühafizə orqanlarına son 100 ildə edilmiş ən dəhşətli hücumdur.

Anti-polis aksiyaları zamanı baş verən insidentdə beş polis işçisinin həlak olduğu təsdiqlənib. Lakin Dallas Polis Departamenti bu rəqəmin artacağından narahatdır. Hadisə zamanı əlavə altı polisin ağır yaralandığı deyilir.

1917-ci ildə Vikskonsin ştatında polisə bomba hücumu 9 zabitin ölməsi ilə nəticələnmişdi.

Milli Hüquq Təhlükəsizlik Zabitləri Xatirə Fondunun açıqladığı hesabat hücumun ABŞ polis zabitlərinə qarşı törədilmiş ən dəhşətli ölüm hadisəsi olduğunu deyir. 2001-ci il sentyabr ayının 11-də baş verən terror hadisəsi zamanı 71 zabit həlak olmuşdu.

Polisə qarşı törədilmiş digər hücum 1917-ci ildə Viskonsin ştatının Miluoki şəhərində polis bölməsində bombanın partladılması nəticəsində baş vermişdi. Hadisə zamanı 9 polis işçisi həyatını itirmişdi.

2001-ci il, 11 sentyabr terror hücumu nəticəsində 71 polis zabiti həlak olmuşdu.
2001-ci il, 11 sentyabr terror hücumu nəticəsində 71 polis zabiti həlak olmuşdu.

Polislərə qarşı törədilmiş hücumlara 1995-ci ildə Oklahoma şəhərində federal binanın həyətində baş vermiş bomba partlayışı nəticəsində həlak olan 8 zabit və 1929-ci ildə Kolorado dövlət həbsxanasında baş verən hücum zamanı həlak olan 8 nəzarətçi də daxildir.

Xatirə Fondunun statistiklərinə görə 51 hüquq mühafizəçisi 2016-cı ildə vəzifəsini icra edərkən öldürülüb. 2015-ci ildə isə vəzifə başında öldürülən polis zabitlərinin sayı 58-dir.

XS
SM
MD
LG