Accessibility links

Dağlıq Qarabağ münaqişəsində Triol modeli


Dağlıq Qarabağ münaqişəsində Triol modeli
Dağlıq Qarabağ münaqişəsində Triol modeli

Cənubi Tirol Avropanın ən gözəl bölgələrindəndir. Doğrudur, Tirolun bir hissəsi Avstriyada, digər hissəsi 100 ilə yaxındır İtaliyada yerləşir və Cənubi Tirol adını daşıyır. Əsrlər boyunca Tirol Avstriyanın Qabsburqları və Bavariyanın Vittelsbaxları arasında nifaq predmeti olub, amma XIX əsrin əvvəllərində Tirol tamamilə Avstriya imperiyasının tərkibinə daxil olub.

Turan Agentliyi Dağlıq Qarabağ münaqişəsində Tirol nümunəsi ilə bağlı məqalə dərc edib. Azərbaycan prezidentib çıxışında Tirol variantına üstünlük veridyini bildirib. Agentliyin məqaləsində Tirol nizamlansı əksini tapıb. Məqalədə deyilir.

Azərbaycan prezidenti Qarabağ münaqişəsinin nizamlanması prosesində ilk dəfə Dağlıq Qarabağın yeni status modeli kimi İtaliyanın Cənubi Tirol muxtariyyətini misal çəkib.
O, müsahibəsində “Tirol” variantına istənilən digər variantdan daha çox üstünlük verdiyini gizləməyib, çünki digərlərinin adını belə çəkməyib.
Cənubi Tirol Avropanın ən gözəl bölgələrindəndir. Doğrudur, Tirolun bir hissəsi Avstriyada, digər hissəsi 100 ilə yaxındır İtaliyada yerləşir və Cənubi Tirol adını daşıyır.
Əsrlər boyunca Tirol Avstriyanın Qabsburqları və Bavariyanın Vittelsbaxları arasında nifaq predmeti olub, amma XIX əsrin əvvəllərində Tirol tamamilə Avstriya imperiyasının tərkibinə daxil olub. Birinci Dünya Müharibəsindən sonra Sen-Jermen sülh müqaviləsinin şərtlərinə görə bu ərazi Avstriyadan İtaliyaya keçib. Bu əraziyə sahib olmaq İtaliyadan Almaniyaya gedən yolda yerləşən strateji əhəmiyyətli Brenner aşırımına nəzarət etmək imkanı verir.
Cənubi Tirol birləşdiyi zaman yerli sakinlərin 86%-i alman, 4%-i ladin (retroroman variantı). 3%-i italyan dilində danışırdılar, qalanları əcnəbi idi. 1922-ci ildə Benito Mussolini hakimiyyətə gəldikdən sonra tirolluların assimilyasiyası kampaniyası başladı. Onlara alman dilindən istifadə etmək qadağan edildi, milli mədəniyyət sıxışdırılırdı. Tirollulara onlar üçün doğma olan dildə qəzet çap emək və o dili məktəblərdə tədris etmək qadağan edilmişdi. Şəhər və kəndlərin qədim tirol adları italyan adları ilə dəyişdirilirdi. Yerli əhali kütləvi mühacirətə vadar edilirdi. Yaşlı tirollular çox vaxt danışırlar ki, valideynləri onlara gecə vaxtı yorğanın altında, italyanlardan gizli doğma dillərində oxuyub-yazmağı öyrədirdilər. Faşist İtaliyası və nasist Almaniyasının ittifaqı tirolluları yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Onlara ya Üçüncü reyxə köçmək və vətəni tərk etmək, ya da qalmaq və tamamilə italyanlaşmaq təklif olunurdu. Belə olan halda regionun almandilli mədəniyyəti gizli iş şəraitinə keçdi.
İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Paris Sülh Konfransında Tirol ərazisində yerləşən Brenner aşırımı rəsmi olaraq Avstriya və İtaliya arasında sərhəd kimi tanındı. Cənubi tirollular qalib müttəfiqlərdən öz bölgələrinin Avstriyaya qayrarılmasını tələb etdilər. Lakin 1947-ci il sülh müqaviləsi İtaliyanın sərhədini 1919-cu ildə olduğu kimi müəyyən etdi. Bu sənədə əsasən, Cənubi Tirolun almandilli azlığına italyandilli əhali ilə tam bərabər hüquqlar verirdi. Onların doğma dildə təhsilinə zəmanət verilirdi, bu dildən italyan dili ilə birlikdə ictimai müəssisələrdə istifadə olunurdu.
Amma sazişlərin imzalanmasından cəmi bir il sonra Roma Trentino-Alto-Adice regionu üçün Muxtariyyət Statusu qəbul edərək, Boltsano (italiyalılar Cənubi Tirolu belə adlandırır) və Trento əyalətlərini birləşdirdi. Bu birləşmədən sonra italyan əhalisi almandillilərdən böyük üstünlük təşkil edirdi.
On illər boyunca Avstriya itirilmiş regionu özünə qaytarmaq cəhdləri edib, lakin əbəs yerə. 1992-ci ildə Avstriya hakimiyyəti BMT-yə İtaliya ilə Cənubi Tirol məsələsində fikir ayrılıqlarına son qoyulduğunu elan edib. 2001-ci ildə o, İtaliyanın ayrıca regionu oldu.
Yerli sakinlərə vətənlərinin qədimi adını - Cənubi Tirolu rəsmi istifadə etməyə icazə verildi. XX əsrin əvvəllərində zorla İtaliyaya birləşdirilmiş bu region Avstriya mənsubiyyətini qoruyub saxlaya və ölkənin ən inkişaf etmiş regionuna çevrilə bildi. Bu gün regionda işsizlik 2%-dən az təşkil edir, hər yerdə təmizlik və alman qayda-qanunu hökm sürür. Hazırda Cənubi Tirol əhalisinin sayı 500 min nəfər təşkil edir. Əhalinin 70%-i üçün doğma dil alman dili, 25%-i üçün italyan dili, daha 5%-i üçün ladin dilidir.
Cənubi Tirolda dil qrupları üçün bərabər hüquqlar təmin edilib. 70 yerli parlamentdə iki dildən istifadə olunur. Təkcə yerli parlamentdə deyil, küçələrin adları, lövhələr də iki dildədir, baxmayaraq ki, küçədə müstəsna olaraq alman dili eşidilir.
Azərbaycanın münaqişələr üzrə məşhur eksperti Toğrul Cuvarlı Cənubi Tirolda gördükləri haqqında danışır.
“Bir neçə il əvvəl Barselonada konfransda gürcüstanlı həmkarımla Qarabağ problemi üçün hansı yüksək muxtariyyət variantının uyğun olduğunu müzakirə edirdik. Həmkarım hesab edirdi ki, ən çox Şimali İrlandiya nizamlanma variantı uyğundur. Mən iddia edirdim ki, Cənubi Tirol variantı daha yaxındır. Və indiyədək bu fikrimdə qalıram.
Elə alındı ki, tale məni Ermənistan-Azərbaycan birgə layihəsi çərçivəsində Cənubi Tirol haqqında film çəkilişi üçün İtaliyanın şimalına aparıb çıxardı. Məni ən çox Birinci Dünya Müharibəsinin başlanğıcından və Avstriya-Macarıstan imperiyasının dağılmasından 20-ci əsrin sonlarına qədər davam edən kəskin münaqişə vəziyyətinin balanslaşdırılmış həlli valeh edirdi.
Qarabağ münaqişəsi ilə oxşarlıq və fərqləri ayırmağa çalışaq. Fərqlərdən danışsaq, burada çox qan axmayıb, baxmayaraq ki, milli həqarətə yol verilib (xüsusən, Cənubi Tirol almanlarını uzun illər boyunca italyan ad və soyadları ilə çağırırdılar, fəalları isə həbsə atırdılar). Bununla belə, 60-70-ci illərdə haqqında çox yazılan Tirolda terrorizm bir neçə rəmzi partlayış, bölgənin enerji təchizatının sıradan çıxması və bir nəfərin həlak olması ilə məhdudlaşıb. 70-ci illərdə bu da çox görünürdü.
Bu gün həmin muxtariyyətin tərkibinə daxil olan Trentoya ilk səfərim yaxşı yadımdadır. Burada turistləri terakt ehtimalı ilə qorxudurdular. Bütün bunlar, təbii ki, bugünki terrorizmin vüsəti ilə müqayisə olunmaz. Lakin problemdən uğurlu çıxış yolu tapdılar. Tirol parlamenti və hökuməti regionun bugünki demokratiyasına tam uyğunluqla formalaşır. 67% alman, 25% italyan, 5% ladin. Muxtariyyətin investisiya siyasəti də bu nisbətdə həyata keçirilir. Bəzən bu, hətta hədsiz dərəcədə çoxsaylı investisiya layihələri olmasına gətirib çıxarır.
İtaliyanın şimalında yerləşən məşhur kurort olan Miranoda 300 mln. avroya başa gəlmiş hamam və basseynlərdən ibarət möhtəşəm kompleks gördük. İş ondadır ki, Miranoda əhalinin əksəriyyəti italyanlardır və investisiyaları mənimsəmək lazım idi. Muxtariyyətin hazırki siyasi quruluşunun daha bir incəliyi ondan ibarətdir ki, siyasi karyera qurmaq istəyirsənsə, mütləq italyan və alman dillərini eyni səviyyədə bilməlisən. Bu sistem Tirolun alman əhalisinin milli ləyaqətini demək olar ki, bərpa edib. Lakin güzəşt ondan ibarətdir ki, əksəriyyətin (almanlar isə şübhəsiz çoxluq təşkil edir) qəbul etdiyi istənilən qərarı italyan azlığı düzgün hesab etməsə, onun qəbulunu dayandıra bilər. Tamamilə demokratik cəmiyyətlərə xas olan bu sistem Cənubi Tirolda çox gözəl işləyir. Həm də ladinlərin - kökləri qədim Romaya gedib çıxan Avropanın ən qədim xalqlarından birinin burada yaşaması münasibətləri xeyli yumşaltmağa kömək edir.
Burada digər qoruyucu mexanizmlər də var. Tirolda əslində iki parlament var. Biri muxtariyyətin cənubunda - Trentoda yerləşir, burada əhalinin əksəriyyəti italyanlardır, digəri isə Boltsanoda. Mahiyyətcə bu iki siyasi qurum muxtariyyətin ümumi damı altındadır. Qəribə ideya kimi görünsə də, bu, regionda siyasi vəziyyəti daim izləmək imkanı verir.
Cənubi Tirolun bir çox digər üstünlükləri də var. Xüsusən, burada toplanan vergilərin 80%-i muxtariyyətin özündə qalır (bölgə vergilərsiz də kifayət qədər zəngindir). Buna görə burada radikal milliyyətçi əhval-ruhiyyə həmişə sadə və aydın praqmatizmlə aradan qaldırılır. Heç kim bu bərabərliyi pozmaq istəmir. İtaliya hökumətinin ötən əsrin ortalarında həyaya keçirdiyi siyasət nəticəsində italiyalılar uzun müddət əhalinin daha təminatlı hissəsi olublar. Belə ki, əsasən sənayedə işləyirdilər. Lakin son illər Cənubi Tirol kəndləri (təkcə Boltsano ətrafında 200 kənd var) turizm biznesi sayəsində şəkillərini dəyişdi. Beləliklə, iqtisadiyyat sistemində daha bir balans dərəcəsi tapılıb.
Əlbəttə, Cənubi Tirolda nizamlanma daha çox Avropada mövcud olan siyasi mədəniyyətlə bağlıdır. Baxmayaraq ki, hər iki tərəfdən radikallar da qalmaqdadır. Lakin mənim gördüyüm Tirol parlamentinin iclası qızğın müzakirələr olmasına baxmayaraq, Avropa parlamentarizminin bütün normalarına uyğun idi. Bundan başqa, müəllimlər məktəbliləri uşaqlıqdan parlamentin iclasına gətirir ki, onlar parlamentarizm mədəniyyəti öyrənsinlər. Bu da Tirolun maraqlı dərsidir.
İtaliyanın bu şimal əyalətinin gələcəyinin bəxtiyar olacağı hiss olunur, belə ki, muxtariyyət uğurla inkişaf edir. Bu, münaqişələrin nizamlanmasında siyasi və iqtisadi mexanizmlərdən uğurlu istifadəyə nümunə ola bilər. Düzdür, bəzi politoloqlar iddia edirlər ki, İtaliyanın və ya bütünlükdə Avropanın iqtisadi vəziyyətinin pisləşməsi bu muxtariyyətdə milliyyətçi əhval-ruhiyyəni yenidən gücləndirə bilərdi. Lakin bu, ehtimallar kateqoriyasına aiddir.

XS
SM
MD
LG