İran şənbə günü Suriya paytaxtı Dəməşqdə yaşayış binasına endirilən zərbə nəticəsində İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun dörd üzvünün öldürüldüyünü bildirib və buna görə İsraili günahlandırıb.
İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusu ölümləri İran mediasında verdiyi açıqlama ilə təsdiqləyib.
“İnqilab Keşikçiləri Qvardiyasının Suriya üzrə kəşfiyyat rəisi, onun müavini və Keşikçilər Qvardiyasının iki başqa üzvü İsrailin Suriyaya hücumu zamanı şəhid olub,” İranın Mehr xəbər agentliyi məsələ barədə məlumatı olan mənbədən sitat gətirərək bildirib.
Suriya dövlət televiziyası bildirib ki, səhər endirilən zərbə nəticəsində dağılan bina Suriya paytaxtının bir neçə səfirliyin yerləşdiyi məhəlləsində idi.
Suriyadakı hərəkətlərini nadir hallarda etiraf edən İsrail dərhal şərh verməyib.
Zərbə İsrail şənbə günü Qəzza boyu hədəfləri vurduğu bir vaxta təsadüf edir.
İsrail Qəzzanın şimalında partlayıcı maddələr yerləşdirdiyini və İsrail tanklarına raket zərbələri endirdiyini bildirdiyi militantları hədəf aldığını deyib.
Qəzza
Qəzzanın cənubunda Xan Yunisdə şahidlər gecə boyu Nasser Xəstəxanasında intensib atəş səsi eşitdiklərini bildiriblər. İsrail bildirib ki, qoşunları militantların kompleksinə basqın edib və orada partlayıcılar tapıb və raket buraxılış qurğularını məhv ediblər.
HƏMAS oktybarın 7-də İsrailə hücum edərək, 1200-ə yaxın adamın ölümünə səbəb olandan sonra İsrail Qəzzanı idarə edən HƏMAS-ın məhv etməyi vəd edib. ABŞ və başqaları tərəfindən terrorçu təşkilatı kimi tanınan HƏMAS həmçinin 240 nəfəri girov götürüb.
HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi son 24 saatda 165 fələstinlinin öldürüldüyünü, 280 nəfərin yaralandığını xəbər verib.
Nazirlik döyüşçülərlə mülki vətəndaşlara arasında fərq qoymasa da, səhiyyə rəsmiləri deyir ki, müharibə başayandan bəri öldürülən 25 min fələstinlinin əksəriyyəti mülki vətəndaşlardır.
Qəzzada amansız humanitar böhran “dəhşətli olaraq qalır,” Qızıl Aypara şənbə günü əvvəllər Twitter kimi tanınan X-də.bildirib və deyib ki, “800,000 fələstinli əsas ləvazimatların ciddi qıtlığı ilə mübarizə aparır.”
Qadınlara təsir
Qəzza böhranında qadınlar xüsusilə ağır zərbə alıblar.Qəzzada ölən təxminən 25 min nəfərin 70 faizi qadınlar və uşaqlardır. BMT-nin gender bərabərliyi və qadın və qızların hüquqlarının gücləndirilməsi agentliyinin cümə günü yaydığı hesabat əsasən, hər saat iki ana öldürülür.
İordan çayının qərb sahili
Al Jazeera telekanalının məlumatına görə, İsrail bir gecədə işğal altındakı İordan çayının qərb sahilində bir neçə yerdə 22 fələstinlini həbs edib ki, onların aralarında qadın və uşaqlar da var. Məlumata görə, həbslər Hebron, Nablus, Tubas, Bethlehem, Cenin və Qüdsdə aparılıb.
Fələstinli Məhbuslar Klubu Al Jazeera-ya bildirib ki, həbslərlə yanaşı “genişmiqyaslı sabotaj və vətəndaşların evlərinin dağıdılması, infrastrukturun dağıdılması, pul və nəqliyyat vasitələrinin müsadirəsi ilə yanaşı, genişmiqyaslı reydlər və hüquq pozuntuları” müşahidə olunub.
Forum