Accessibility links

Dəməşqdə üsyançılar və hökumət qüvvələri arasında şiddətli döyüşlər gedir


Fəallar hökumət təyyarələrinin paytaxtın bir neçə rayonunu bombardman etdiklərini deyib

Suriya fəallarının bildirdiyinə görə ölkənin paytaxtında üsyançılarla hökumət qüvvələri arasında ağır döyüşlər gedir.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqları Müşahidə qrupu Fələstin qaçqın düşərgəsi yaxınlığındaDəməşqin Tadamon və Yarmuk rayonlarında döyüşlərin bazar günü başlandığını və bugünədək davam etdiyini deyib. Fəallar hökumət təyyarələrinin Dəməşqdə bir neçə ərazini bombardman etdiklərini deyib.

Suriyanın parçalanmış müxalifəti beynəlxalq səviyyədə tanınmaq və Bəşar əl-Əsəd hakimiyyətini devirmək məqsədi ilə qüvvələri birləşdirmək üçün bazar günü mühüm danışıqlara başlayıb.

Qətər paytaxtı Dohada keçirilən görüşlərin ilk dörd günü Suriyadan kənarda ən böyük müxalifət qrupu olan Suriya Milli Şurasının transformasiyası məsləsinə həsr olunub.
XS
SM
MD
LG