Accessibility links

Ankara general Danforda kürd döyüşçülərlə bağlı narahatlıqlarını çatdırıb


ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Türkiyənin Birgə Qərargah rəisi, general Hulusu Akar Incirlik hərbi hava bazasında görüş zamanı
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Türkiyənin Birgə Qərargah rəisi, general Hulusu Akar Incirlik hərbi hava bazasında görüş zamanı

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford cümə günü türkiyəli həmkarı Hulusu Akarla NATO-nun İncirlikdəki bazasında görüşüb. NATO müttəfiqlərinin görüşünün diqqət mərkəzində Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə Suriyadakı kürd döyüşçülərinə dəstəyi məsələsi olub.

Birləşmiş Ştatlar İŞİD-ə qarşı döyüşən Suriya üsyançılarına dəstək verərkən kürd döyüşçüləri arasında diqqətlə seçim etdiyini bildirir. Ankara isə Amerikanın dəlillərini rədd edərək, Xalq Müdafiə Birləşmələri, YPG-yə aktiv şəkildə dəstək verdiyini bildirir. Türkiyə YPG döyüşçülərini Türkiyə dövləti əleyhinə silahlı mübarizə aparan Kürdüstan Fəhlə partiyası, PKK ilə əlaqələri olan terrorçular hesab edir.

"Türkiyə YPG ilə bağlı öz baxışlarını aydın şəkildə bildirib və bu mövqedən hər hansı geri çəkilmə Ankara hökuməti və dolayısı ilə prezident Rəcəb Tayyib Ərdoğanın imicinə zərbə endirə bilər"-deyə Al-Monitor internet dərgisinin siyasi təhlilçisi Semih İdiz bildirib.

YPG qrupunun döyüşçüsü
YPG qrupunun döyüşçüsü

Türkiyə üçün ən ümdə məsələ

"Bu, Türkiyə üçünən ümdə məsələdir və Türkiyənin istəkləri və tələblərində heç bir dəyişiklik olmasa, belə görünür, iki ölkə arasında bu məsələ ilə bağlı böhran davam edəcək", təhlilçi əlavə edib.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Almaniyada Münhen Təhlükəsizlik Konfransında Türkiyənin baş naziri Binali Yıldırımla görüşdə eyni mesajları eşidəcəyi gözlənilir.

Türkiyə YPG ilə bağlı öz baxışlarını aydın şəkildə bildirib və bu mövqedən hər hansı geri çəkilmə Ankara hökuməti və dolayısı ilə prezident Rəcəb Tayyib Ərdoğanın imicinə zərbə endirə bilər.
Təhlilçi Semih İdiz

Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK məsələsində razılığa gələrək, qrupu terrorçu təşkilat kimi səciyyələndirir. Vaşinqton PKK-ya hərbi dəstək veməmək siyasətini davam etdirir. Lakin ABŞ Suriya ərəbləri və kürdlərinin koalisiyasından ibarət Suriya Demokratik Qüvvələri, SDF-yə dəstək göstərir. Koalisiya özünü Suriyada İŞİD ekstreistlərinə qarşı mübarizədə ən effektiv qrup kimi göstərib.

SDF Suriyada Bəşar Əl-Əsəd rejiminə qarşı mübarizə aparan döyüşçülərdən ibarət multi-etnik və milti-dini alyansdır. Lakin onun hərbi rəhbərliyinin YPG ilə təmsil olunması Türkiyənin qəti etirazının əsas səbəbini təşkil edir.

Ankara YPG-nin arxa plana keçməsini istəyir

ABŞ-ın və Avropanın xüsusi təyinatlı qüvvələri, eləcə də Amerikanın hərbi hava qüvvələrinin dəstəyi SDF-nin cihadçıların öz paytaxtı elan etdiyi Raqqa şəhərinin bir neçə kilometrliyinə qədər irəliləməsinə imkan edib.

"Raqqada irəliləyən qüvvələrin böyük hissəsi ərəblərdən ibarətdir, lakin mən böyük hissəsi deyirəm, hamısı demirəm. Ərəblər və kürdlər (SDF-nin üzvləri) əslində birlikdə işləyir"-deyə Britaniyanın general leytenantı Rubert Cons İŞİD-ə qarşı beynəlxalq koalisiyanın mətbuat brifində bildirib. "Mənim gözlədiyim odur ki, əgər SDF Raqqada hücum edən əsas qüvvə olsa, onlar belə fəaliyyət göstərəcəklər: bu qüvvələr bir-biri ilə əlaqəli şəkildə işləyəcək"-deyə o əlavə edib.

Bu, Türkiyə üçün ən ümdə məsələdir və Türkiyənin istəkləri və tələblərində heç bir dəyişiklik olmasa, belə görünür, iki ölkə arasında bu məsələ ilə bağlı böhran davam edəcək.
Təhlilçi Semih İdiz

Ekspertlərin sözlərinə görə, bu kimi açıqlamalar Ankarada böyük narahatlıqla qarşılanır. Türkiyə Suriya kürdlərinin hərbi dəstələrinin Raqqanın ələ keçirilməsi planlarından xaric edilməsini istəyir. Bu həftənin əvvəl Türkiyənin müdafiə naziri Fikri İşıq Pentaqonun prezident Donald Trampın göstərişi ilə İŞİD-in dəf edilməsi planı üzərində işlədiyini bildirməsindən sonra Vaşinqtonun Ankaranın mövqeyinə yaxınlaşdığını elan edib.

Təhlilçilər bildirir ki, bununla belə Ankara Vaşinqtona hələ də Suriya kürdlərinin hərbi dəstələrindən istifadəyə alternativ detallı plan təqdim etməyib.

Türkiyənin müdafiə naziri Fikri İşıq
Türkiyənin müdafiə naziri Fikri İşıq

Raqqa əməliyyatı

"Bu, həqiqətən də bir sirrdir. Çünki Raqqa kimi bir əməliyyat zamanı böyük sayda əsgəri qüvvə lazımdır. Hələlik Türkiyənin nə təklif etdiyi və YPG qüvvələrinin yerinə Amerikanın tərəfində kimin olması ilə bağlı nə planlaşdırdığı aydın deyil. Bunların heç biri hələki aydın şəkildə ifadə edilməyib"-təhlilçi Semih İdiz bildirib.

"Mən Amerika tərəfinin və amerikalıları dəstəkləyən müttəfiqlərin Türkiyənin nə edə biləcəyi haqda qarantiya olmasa, atları keçiddə dəyişəcəyini düşünmürəm",Semih İdiz əlavə edib.

Ekseprtlər xəbərdarlıq edib ki, Ankara YPG və onun siyasi qanadı olan PYD-yə qəti müxalif mövqeyi ilə özünü daha çox təcrid etmiş olur. "Türkiyə indi zəif mövqedədir",deyə İstanbulda Kadir Has universitetində beynəlxalq əlaqələr üzrə ekspert Soli Özel bildirib.

Ankaranın düşmən mövqeyini yumşalda biləcəyini deyən Soli Özel eyni zamanda, bu ayın əvvəli Ərdoğanın Almaniya kansleri Angela Merkellə görüşündən sonra YPG-nin terrorçu qrupdan başqa bir şey olmadığı haqda mövqeyini bir daha təkrar etdiyini qeyd edib.

Türkiyə Suriya ilə uzun sərhəddə malik olması və ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarda Türkiyənin hərbi hava bazalarından istifadə etməsinə görə Ankaranın hələ də Vaşinqtonla münasibətlərdə istifadə edə biləcəyi bəzi kartları var.

Buna baxmayaraq, regional ekspertlər xəbərdarlıq edir ki, Ankara Türkiyənin öz hərbi qüvvələrini Suriyanın Manbic şəhərinə göndərməsi ilə ABŞ hərbi qüvvələrinin Raqqanın ələ keçirilməsi planlarına mane ola bilər. Manbic İŞİD-dən Suriya kürdlərinin hərbi dəstələri tərəfindən azad edilib və onun nəzarəti uğrunda hər hansı mübarizə YPG-nin Raqqa əməliyyatından çıxıb öz səylərini şəhərin müdafiəsinə yönəldə bilməsi ilə nəticələnə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG