Accessibility links

Agent 007 silsilə filminin növbəti iki hissəsində çəkilməsi üçün Daniel Kreyqə 150 milyon dollar təklif edilib


Agent 007 silsilə filminin növbəti iki hissəsində çəkilməsi üçün Daniel Kreyqə 150 milyon dollar təklif edilib. İndi aktyor qərara gəlməlidir.

Bəli görünür onun Ceyms Bond obrazında çəkilməyəcəyini deməsinə baxmayaraq, Sony-nin rəhbərliyi 48 yaşlı aktyorun getməsinə imkan verməməkdə qətidir. Və şirkət ona imtina edə bilməyəcəyi təklifi edib.

Amma onun bu təklifi qəbul edib-etmədiyi barədə bir söz deyilmir.

Kreyq başqa layihələr üzərində işləmək istədiyini heç kimdən gizlətmir.

Amma studio onun geri qayıtmasını istəyir.

Deyilənə görə Sony şirkətinin rəhbərləri belə bir mühüm anda onun layihədən çıxamsını istəmir.

Söhbət gəzir ki, Danielin layihədə qalması keçid prosesinin rahat olması üçün olduqca vacibdir. Və Sony şirkəti bunun baş tutması üçün hər şeyə razıdır.

Maraqlıdır, görəsən o bütün bunları əvvəlcədən planlaşdırıb. Əgər o bütün bunları özü planlaşdırıbsa onda o dahidir.

XS
SM
MD
LG