Accessibility links

Trampın vəkilinin Rusiya biznesmenindən 500 min dollar məbləğində vəsait aldığı iddia edilir


Prezident Trampın porno ulduzuna onunla əlaqəsi barədə susması üçün pul ödəyən vəkili Maykl Kohenin Rusiya biznesmenindən 500 min dollar məbləğində vəsait aldığı iddia edilir.

Stormi Danielsin vəkili Maykl Avenatti bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqəsi olan milyarder Viktor Vekselberqin şirkəti Kohenə pul göndərib. O deyib ki, Amerikanın iki nəhəng şirkəti Novartis və AT&T-yə Essential Consultants vasitəsi ilə 100 mindən çox vəsait köçürülüb.

Vəkilin iddiasını təsdiq etmək mümkün olmayıb.

Ötən həftə “The New York Times” qəzeti Vekselberqin xüsusi təhqiqatçı Robert Müller tərəfindən sorğu-sual edildiyini yazıb. Bu, Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələrini araşdıran xüsusi təhqiqatın bir hissəsi olaraq həyata keçirilib.

XS
SM
MD
LG