Accessibility links

Danimarka Quantanamosu


Danimarka Quantanamosu
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Avropa Birliyi vətəndaşları bu həftənin sonunda qarşıdan gələn beş il müddətinə Avropa Parlamentinə üzvləri seçmək üçün səs verəcək. Danimarkadakı seçki kampaniyasında ən vacib və mübahisəli məsələlər miqrasiya və milli kimlikdir. Ölkənin sağ cinahçı hökuməti miqrasiya ilə mübarizəyə qalxıb. Bir zamanlar tolerantlığı və liberallığı ilə tanınan bu ölkədə xarici kriminallıq dərin mübahisələrə yol açıb.

Kopenhagenin cənubunda, Danimarkanın Baltik dənizinin aşağı adalarında elə bil ki, həyat yoxdur. Lindholm adası sahildən iki km-lik məsafədə yerləşir. Yerli sakinlər oranı Danomarkanın Quantanamo Körfəzi adlandırır.

Adada inşa vaxtilə 100-dən artıq cinayətkarın saxlanması üçün nəzərdə tutulmuşdu. Lakin bu plan yerli sakinlər tərəfindən böyük narazılıqlarla qarşılandı. Yerli sakin Knud Bandesen: “Bu bir fəlakətdir. Bütün dünyada Danimarkanın nüfuzuna xələldir.”

1920-ci illərdən, elmi laboratoriyaya çevriləndən bəri Lindholm adasına girişə məhdudiyyətlər qoyulub. Lindholm adasına çıxmaq icazə verildiyi qədər mümkündür. Heyvanlarda ölümcül xəstəliklərin araşdırmaları mərkəzi hələ də burada fəaliyyət göstərir.

Hökumət 100 milyon dollar xərcləyərək, qarşıdan gələn üç ildə bu adanı açıq həbsxanaya çevirməyi planlaşdırır. Ada ağır cinayətlət törətmiş, lakin öz ölkələrinə deportasiya edilə bilməyən xarici cinayətkarlar üçün ev olacaq. Onlar mütləq adada gecələməlidirlər. Lakin günorta vaxtı onların bərəyə minərək, kiçik Kelveheyve limanına getmələrinə icazə veriləcək.

Yerli sakinlər qorxmağa başlayıb. Yerli biznesmen Yoakim Briksensen: “Axşam geri qayıdarkən insanlar onlarla birlikdə bərədə gedən məhbusla necə davranacaq? Biz özümüzü təhlükədə hiss edəcəyik və bu, bizim sevimli qəsəbəmizə mənfi təsir göstərəcək.”

İnsan haqları qrupları belə həbslərin Avropa qanunvericiliyinə zidd ola biləcəyini deyir. Danimarkanın imiqrasiya naziri bu planı dəstəkləyib və “Onları Danimarka istəmir və onlar bunu hiss edəcəklər” – deyə, Facebook səhifəsində yazıb.

Yerli bələdiyyə rəsmisi hökumətin miqrantlarla bağlı problemi həll edə bilməyəcəyini düşünür. Vordinqburq regionunun meri Maykl Smid: “Fikrimcə çoxları miqrasiya probleminə gözlərini açıb. Danimarka bu məsələni tək həll edə bilməyəcək. Biz digər ölkələrlə - Avropa Birliyi və miqrasiya problemləri ilə üzləşən ölkələrlə əməkdaşlıq etməliyik.”

Bu, Avropanın şərq sahillərindən başayaraq Baltik dənizi adalarına qədər uzanan problemdir.

XS
SM
MD
LG