Dörd isveçrə vətəndaşı bu gün Danimarkada terrorçuluq ittihamı ilə məhkəməyə çıxarılıb. Onlar Məhəmməd peyğəmbərin karikaturasını nəşr edən qəzetin ofisinə hücumda ittiham olunurlar.
Onların üçü 2010-cu ilin dekabr ayında ehtimala görə hücum həyata keçirmək məqsədilə Jyllands-Posten qəzetinin ofisinə yollanarkən həbs ediliblər. Dördüncü şəxs isə eyni vaxtda lakin Stokholmda yaxalanıb və Danimarkaya ekstradisiya edilib.
Həbsə alınan üç nəfər qanunsuz silah gəzdirmə ittihamının aradan qaldırılması üçün müraciət ediblər. Prokuror İslamçı qrup və beynəlxalq terrorçu təşkilatla əlaqəsi olan üç nəfərin nəşriyyatda çox sayda adamı qətlə yetirməyi planlaşdırdıqlarını deyib.
Jyllands-Posten qəzeti 2005-ci ildə Məhəmməd peyğəmbərin onlarla karikaturasını nəşr edib. Bunun nəticəsində dünyada bir neçə zorakılıq, hətta ölümlə nəticələnən nümayişlər keçirilib.