Danimarkanın kəşfiyyat xidməti Məhəmməd peyğəmbərin karikaturasını dərc etdirən Jyllands-Posten qəzetinin əleyhinə qaçılmaz terror hücum hazırlayan dörd nəfəri həbs etdiyini bildirib. Agentliyin rəhbəri Yakob Şarf şübhəlilərdən bəzilərini İslamçı yaraqlılar kimi təsvir edib. Onun sözlərinə görə qrup nəşriyyat binasına daxil olaraq mümkün qədər çox insan öldürməyi planlaşdırırdı. Rəsmilər həbsə alınanlardan üç nəfərin qonşu İsveçin sakinləri olduğunu qeyd ediblər. Jyllands-Posten-in bir neçə il əvvəl Məhəmməd peyğəmbərin karikaturasını nəşr etməsi dünya boyu müsəlman ictimayyətinin nümayişlərinə səbəb olmuşdu.
Rəsmilər həbsə alınanlardan üç nəfərin qonşu İsveçin sakinləri olduğunu qeyd ediblər