Danimarka parlamenti mübahisəli mühacirət qanununa dəyişiklik etmək üçün çərşənbə günü iclas keçirəcək. Yeni təklifə əsasən ölkədə qalmaq istəyən miqrantlar pul ödəməli olacaq.
İlk dəfə dekabr ayında irəli sürülmüş layihədə miqrantlar üzərində axtarış aparılmasına çağırılır. Eyni zamanda, miqrantların 437 dollar dəyərində nağd pul və ya bu dəyərə bərabər əşya saxlamasına icazə verilir.
Keçən ay təklifi müzakirə edərkən, immiqrasiya nazir bildirib ki, qanun layihəsi rəsmilərə sığınacaq istəyən miqrantların və ya digər mühacirlərin Danimarkada qanunsuz qaldığı müddətdə öz ehtiyaclarını ödəmək üçün saxladıqları maliyyə və əşyaları müəyyən etmək üçün onlar üzərində və olnarın çantalarında axtarış aparmağa icazə verəcək.
Qanun lahiyəsi beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalıb və nasist Almaniyasında İkinci Dünya müharibəsi dövrü yəhudilər və digər millətlərin qızılları və dəyərli əşyalarının əllindən alınmasına bənzədilib.
Tənqidlərə cavab olaraq İnteqrasiya naziri İnqer Stojberq deyib ki, qanun lahiyəsi yenidən nəzərdən keçirilib və miqrantlara 1400 dollar dəyərində nağd və dəyərli əşya saxlamasına icazə verilib. Bununla yanaşı, mobil telefonlar və ya nişan üzüyü kimi özəl dəyəri olan əşyalar bu kateqoriyaya daxil edilməyəcək, deyə nazir bildirib.
Mühacirət əleyhdarı Danimarka Xalq Partiyasının dəstəyinə əsaslanan hakimiyyətdə olan sağcı Venstre partiyası qanun layihəsini müdafiə edərək, eyni arqumentin Danimarka vətəndaşlarına qarşı istifadə edilə biləcəyini bildirib.
Danimarkada səhiyyə və təhsil bütün vətəndaşlar üçün pulsuzdur. Ölkədə sosial yardımlar dövlət tərəfindən subsidiyalaşdırılır. Buna görə də Danimarka dünyanın ən çox vergi toplayan ölkələrindən biridir.
Çərşənbə günü müzakirə olunacaq qanun lahiyəsi mühacirətlə bağlı daha geniş layihənin bir hissəsidir. Burada həmçinin ailə üzvlərinin birləşməsi prosesinin üç ilə gədər gecikdirilməsi, yaşayış üçün icazə müddətinin qısaldılması və Livan qəzetlərində mühacirlərin Danimarkaya səfərlərdən çəkinməsi üçün elanların yerləşdirilməsi nəzərdə tutulur.
BMT-nin qaçqınlar agentliyi UNHCR qanun layihəsini tənqid edərək bildirib ki, təkliflər başqa ölkələrə qorxu və ksenofobiya kimi siqnal göbndərərək, qlobal mənada sığınacaq imkanlarının genişlənməsi əvəzinə onlların azaldılması və qaçqınların həyatları üçün təhlükəli vəziyyətlərdə qalmasna gətirib çıxara bilər.