Accessibility links

Dağıstanda kilsədən çıxanlar atəşə tutulub


Dağıstanda silahlı bir şəxs dua mərasimindən sonra kilsədən çıxanları atəşə tutub. Ən azı 5 adamın öldüyü, 4 nəfərin isə yaralandığı bildirilir.

TASS xəbər agentliyinin məlumatına görə, hadisə bu gün Kizlyar şəhərində baş verib. Hücumçu polis tərəfindən öldürülüb.

Şəhər meri Aleksand Şuvalov TASS-a 4 nəfərin öldürüldüyünü təsdiq edib. O, yaralananlarının ikisinin polis işçisi olduğunu bildirib.

Hücumun motivləri bəlli deyil.

XS
SM
MD
LG