Accessibility links

Rusiya Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır


Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi

Rusiya Dağlıq Qarabağda vəziyyətin ciddi şəkildə gərginləşməsindən narahatdır. Bu barədə bu günki brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində çox çətin vəziyyət davam etməkdədir. Əvvəlki kimi atəşkəs rejiminin pozulması hallarının sayı çoxdur, döyüş qarşıdurmaları sıxlaşıb, diversiya-təxribatçı qruplar fəallaşıb”, deyə İTAR-TASS Lukaşeviçdən sitat gətirib.

Lukaşeviç qeyd edib ki, ATƏT-in monitorinq missiyasının rəsmi mənbələrin məlumatlarına əsaslanan xəbərinə görə, yalnız bu ilin yanvar ayı ərzində münaqişə zonasında 12 nəfər həlak olub, 18 nəfər yaralanıb.

“Aydındır ki, qurbanların faktiki sayı xeyli çox ola bilər”, deyə o əlavə edib.

“İsrarla tərəfləri gərginliyin azaldılmasına yönəlmiş təsirli tədbirlər görməyə çağırırıq, münaqişənin gərginləşməsinə gətirib çıxaran addımlardan uzaq olmağa çağırırıq”, rusiyalı diplomat bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG