Accessibility links

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “seçki”ləri qəbul etmir


Avropa İttifaqı
Avropa İttifaqı

Avropa İttifaqı Dağlıq Qarabağda tanınmamış rejimin elan etdiyi “parlament seçkiləri”ni qəbul etmir və bu seçkilərin regionun gələcək statusunu müəyyən etməyə kömək etməyəcəyini bəyan edib.

Avropa İttifaqının diplomatik xidmət rəhbərinin nümayəndəsinin bəyanatında deyilir:

“Dağlıq Qarabağda mayın 3-də keçiriləcək “parlament seçkiləri” haqqında məlumatlar fonunda xatırladırıq ki, Avropa İttifaqı bu seçkilərin keçirildiyi konstitusiya və normativ çərçivələri qəbul etmir. Bu prosedurlar Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyən edə və danışıqlar prosesinə təsir edə bilməz”, sənəddə qeyd edilir.

Avropa İttifaqı qeyd edib ki, ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin status-kvonun aradan qaldırılmasına və sülh danışıqlarının başlamasına yönəlmiş səylərini dəstəkləyir.

“Avropa İttifaqı münaqişənin dinc yolla həllinə yönəlmiş digər dəstək səyləri göstərməyə hazırdır”, bəyanatda bildirilir.

XS
SM
MD
LG