Accessibility links

$90 milyon dollarlıq rəsm əsəri


David Hockney
David Hockney

81 yaşlı britaniyalı rəssam Devid Hokninin “Rəssamın portreti (Hovuz və iki fiqur)” Nyu – Yorkun Christieʼs xərrac evində keçirilən hərracda $90.3 milyona satılıb.

Bu, Devid Honkinin son rekordunun təqribən üç mislidir. May ayında onun “Sakit Okean sahili şossesi və Santa-Monika” (1990) adlı əsəri $28.5 milyona satılıb.

Rəsm əsərini kimin aldığı bilinmir.

$90 milyon sağ rəssamların əsərləri arasında yeni dünya rekordu olub. Daha öncəki record 2013-cü ildə Ceff Kunsun paslanmayan poladdan olan “Hava şarlarında it (narıncı)” heykəli olub. O, Christieʼs hərracında $58.4 milyona satılıb.

Pop-art klassiklərindən biri olan Devid Hokni “Rəssamın portreti” əsərini 1972-ci ildə Nyu–York sərgisi üçün çəkib. O zaman əsər $18,000-ə satılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG