Accessibility links

Devid Kramer: Putin nə münasibətlərdə, nə də Rusiya ilə sərhəddə yerləşən ölkələrdə sabitlik istəmir


Devid Kramer: Putin nə münasibətlərdə, nə də Rusiya ilə sərhəddə yerləşən ölkələrdə sabitlik istəmir
please wait

No media source currently available

0:00 0:08:57 0:00

Birləşmiş Ştatlar və Rusiya rəsmiləri bu həftə Avropada yüksək səviyyədə diplomatik müzakirələr keçiriblər. Rusiyanın ukrayna sərhədi yaxınlığında təxminən 100 min nəfərdən ibarət əsgəri qüvvə yerləşdirməsi ilə bağlı gərginlik danışıqların diqqət mərkəzində olub. Florida Beynəlxalq Universitetində Avropa və Avrasiya tədqiqatları mərkəzinin direktoru, ABŞ Dövlət katibinin müavininin keçmiş yardımçısı Devid Kramer Amerikanın Səsinə müsahibədə danışıqların nəticələri və ABŞ-ın Rusiyanın Ukraynaya qarşı aqressiyanı davam etdirdiyi təqdirdə ata biləcəyi addımları şərh edib.

Amerikanın Səsi: Birləşmiş Ştatlar və Rusiya Moskvanın Ukrayna ilə sərhəddə təxminən 100 min nəfərdən ibarət əsgəri qüvvə yerləşdirməyə davam etdiyi vaxt Ukrayna böhranında gərginliyi azaltmaq məqsədilə bu həftə bir sıra mühüm görüşlər keçirib. ABŞ gərginliyin danışıqlar yolu ilə azaldılacağına ümid bəsləyir. Bu görüşlərin hansı nəticələri ola bilər?

Devid Kramer: Açığı mən bu danışıqların çox şey həll edəcəyini düşünmürəm. Mən hesab edirəm ki, Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılması, tam yoxlanıla bilən geri çəkilmə şərti olmadan onlarla razılaşmaq ABŞ administrasiyasının səhvi idi. Mənə elə gəlir ki, hekayə dəyişir. Rusiya rəsmiləri indi Ukraynanın NATO-ya daxil olmasına icazə verilməyəcəyinə və NATO-nun əsasən genişlənməsinə başlamazdan əvvəl 1997-ci ildə yaradılmış xətlərdən kənarda heç bir qüvvə və ya silah sistemi yerləşdirməməsinə hüquqi təminat verməli olduğunda təkid edirlər. Ona görə də mən hesab edirəm ki, bunun əvəzinə söhbət sərhəddə hərəkət etməyə hazır olan sizin qeyd etdiyiniz kimi yüz min və bəlkə də daha çox əsgərdən ibarət rus qoşunlarının Ukraynaya yaratdığı təhlükə haqqında getməlidir. Biz bu söhbəti aparmalıyıq. Mənim fikrimcə, Rusiya bu qüvvələri sərhəddən çəkməyənə qədər və çəkməyincə biz Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahatlığı barədə söhbət etməməliyik.

Amerikanın Səsi: Birləşmiş Ştatlar Rusiya Ukraynaya müdaxilə etsə, ciddi iqtisadi sanksiyalarla bağlı xəbərdarlıq edir. Rusiya müdaxilə planlarını həyata keçirsə, bunun hansı ciddi nəticələri ola bilər? Sizin fikrinizcə, prezident Putin effektiv iqtisadi tədbirlərin mümkün olmasına baxmayaraq, Ukraynaya müdaxilə haqda qərar verə bilərmi?

Mən həmçinin ümid edirəm ki, Putin və onun yaxın ətrafında olan yüksək səviyyəli şəxslər sanksiyaya məruz qalacaqlar.

Devid Kramer: Düşünürəm ki, Rusiyanın yenidən müdaxilə ehtimalı - Rusiya qüvvələri 2014-cü ildə müdaxilə etdiyi üçün - bu dəfə bu (ehtimal) təxminən 50/50 nisbətindədir və 50 həqiqətən də yüksək rəqəmdir. Buna görə də biz Putinin rus qoşunlarını göndərmək qərarına gəlməsi ehtimalına hazır olmalıyıq. Biz həmçinin böyük kiberhücumun mümkünlüyünə hazır olmalıyıq. Mən həqiqətən də düşünürəm ki, bu, Rusiya qüvvələrinin sərhədi keçməsindən öncə baş verə bilər, çünki 2014-cü ildə bunu artıq etmişdilər. Və biz böyük bir kiberhücuma cavab verməyə hazırlaşmalıyıq, bu halda biz nə edəcəyik? Düşünürəm ki, Putin Rusiya qüvvələrini yenidən Ukraynaya göndərmək qərarına gəlsə, Rusiya ciddi iqtisadi və maliyyə sanksiyalarına məruz qalacaq. Ümid edirəm ki, ABŞ avropalılarla birlikdə Rusiyanı Svift sistemindən çıxarmağa razı olacaq. Mən həmçinin ümid edirəm ki, Putin və onun yaxın ətrafında olan yüksək səviyyəli şəxslər sanksiyaya məruz qalacaqlar. Mən ümid edirəm ki, biz Rusiyanın borcuna görə ikinci dərəcəli sanksiyaları, Rusiyada da müxtəlif sektorlara, maliyyə və enerji sektorlarına sanksiyaları görəcəyik.

Düşünürəm ki, Putinin yenidən müdaxilə qərarı Polşa, Rumıniya, Bolqarıstan, eləcə də Baltikyanı üç dövlət olan Litva, Latviya və Estoniya kimi ölkələrdə hərbi qüvvələrin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bu isə Putinin iddia etdiyi kimi qarşı çıxdığını ssenariyə gətirib çıxaracaq ki, bu da həmin ölkələrdə hərbi qüvvələrin, NATO qüvvələrinin azaldılması deyil, artırılmasından ibarətdir. Ona görə də düşünürəm ki, administrasiyanın bu məsləhətləşmələri, bunların çoxuna hazırlıqları təqdirəlayiqdir, hər halda buna ümid edərəm. Baxmayaraq ki, Avropanın nə dərəcədə vahid olması ilə bağlı bəzi narahatlıqlar var. Təbii ki, Şimal axını-2 məsələsi də var ki, burada ABŞ-la birlikdə əksər avropalılar Şimal axını-2 qaz kəmərinin tikintisinin dayandırılmasını qəti şəkildə dəstəkləyəcəklər. Lakin Berlindən Almaniyanın yeni hökuməti ilə ziddiyyətli siqnallar gəlir və yeni kansler Olaf Scholz birbaşa Putinlə görüşməkdə maraqlı olduğunu bildirib. Hesab edirəm ki, Şimal axını 2 (məsələsi) mütləq masada olmalıdır.

Başqa bir element də var, o da Ukraynanın özünü müdafiə etməsi üçün Ukraynaya hərbi yardımın göstəriməsindən ibarətdir. Fikrimcə, bu, Rusiyanın hər hansı müdaxiləsindən əvvəl artırılmalıdır, çünki əgər hərbi yardımı müdaxilədən sonra təmin edirsinizsə, bu artıq çox gecdir. Bunun mənası Rusiyanın mümkün müdaxiləsinin qarşısını saxlamaqdır ki, Putin iki dəfə düşünməli olsun. Bunun sanksiyalar hazırlamaq və Rusiyaya yaxın NATO ölkələrinin hərbi mövcudluğunu gücləndirməklə və Şimal axını-2 (kəmərinə) son qoymaqla yanaşı daha bir yolu Ukrayna hərbi qüvvələrinin döyüş qabiliyyətini artırmaqdır.

Amerikanın Səsi: Birləşmiş Ştatlar və müttəfiqlər Rusiyanın Ukraynaya mümkün müdaxiləsinin qarşısını almaq üçün hansı strategiya hazırlamalıdır?

Putin bu ölkələrin qeyri-sabit, Avropa İttifaqı və NATO üçün cəlbedici görünməməsi üçün problemlər yaratmağa, qonşuluqda qeyri-sabitlik yaratmağa üstünlük verir.

Devid Kramer: Artıq dediyim kimi, Ukraynanı indi yenidən müdaxiləni gözləmədən silahlandırmaq lazımdır. Biz ukraynalıların müdafiə qabiliyyətini nə qədər çox gücləndirə bilsək, Rusiya təhlükəsizlik qüvvələrinin ölkəyə qayıtmazdan əvvəl iki dəfə düşünməsi ehtimalı bir o qədər yüksəkdir. Rusiya qüvvələrinin növbəti müdaxiləsi nə qədər çox başa gəlsə, Putinin növbəti hərbi hücuma keçməməsi ehtimalı bir o qədər yüksək ola bilər. Mən hesab edirəm ki, Ukraynanın özünü müdafiə vasitələrinə malik olmasını təmin etmək olduqca vacibdir. Ukraynalılar Birləşmiş Ştatlardan onların əvəzinə döyüşməsini istəmirlər. Onlar NATO-nun 5-ci maddəsinə uyğun olaraq təhlükəsizlik qarantiyaları istəmirlər. Onlarda bu yoxdur. Onlar üzv deyillər. Mən prezident Baydenin könüllü olaraq Birləşmiş Ştatların hərbi yolla cavab verməyəcəyini bəyan etməsinə təəssüf edirəm. Mən hərbi yolla cavabın tərəfdarı deyiləm, lakin mən eyni zamanda düşünmürəm ki, prezident, Birləşmiş Ştatlar bunu cənab Putinə çatdırmalıdır və Putinə Amerika Birləşmiş Ştatlarının və avropalı müttəfiqlərimizin cavabının nə ola biləcəyi ilə maraqlanmasına yol verməlidir. Düşünürəm ki, Şimal axını-2-nin ləğvinə hazırlaşmaq, sonra da sanksiyaları tam şəkildə hazırlamaq lazımdır. Mən Putinə müdaxilə etsə, bizim nə edəcəyimizi nümayiş etdirməzdən əvvəl bəzi sanksiyaların tətbiq edilməsinə üstünlük verərdim.

Amerikanın Səsi: Bəzi ekspertlər hesab edir ki, Rusiya prezidenti postsovet məkanında strateji nəzarəti bərpa etməyə çalışır. Bəzi müşahidəçilərin fikrincə, Krıma müdaxilə və Donbasda separatçılara dəstək, Rusiyanın Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti möhkəmləndirməsi, Ermənistan və Azərbaycan arasında münaqişəyə müdaxilə, Rusiya qüvvələrinin yenidən Azərbaycan ərazisinə gətirilməsi və bu həftə qüvvələrin Qazaxıstana yerləşdirilməsi Moskvanın yaxın xaricə nəzarəti bərpa etmək planlarını həyata keçirməsinin açıq əlamətləri ola bilər. Sizin bu haqda fikriniz nədir?

O, bu ölkələrin uğur qazanmasını istəmir, çünki onların Rusiyada nəzarət etdiyi kleptokratik korrupsioner avtoritar sistemə təhlükə yaradan alternativ ola biləcəyindən narahatdır.

Devid Kramer: Düşünürəm ki, Putinin çalışdığı əraziyə nəzarət etməkdir, bunun məsuliyyəti öz üzərinə götürmək deyil. Fikrimcə, Putin başa düşür ki, Rusiya bu qonşu dövlətləri idarə edə bilməz. Biz Krımın qeyri-qanuni ilhaqı nəticəsində Rusiyaya milyardlarla dollara başa gələn xərcləri gördük. Tikilən körpü çox böyük pul hesabına başa gəlib. Krım isə su çatışmazlığından əziyyət çəkir və Rusiyanın buna hazır həlli yoxdur. Rusiya, Putin, aydın edim, Putin bu ölkələrin qeyri-sabit, Avropa İttifaqı və NATO üçün cəlbedici görünməməsi üçün problemlər yaratmağa, qonşuluqda qeyri-sabitlik yaratmağa üstünlük verir. O, bu ölkələrin uğur qazanmasını istəmir, çünki onların Rusiyada nəzarət etdiyi kleptokratik korrupsioner avtoritar sistemə təhlükə yaradan alternativ ola biləcəyindən narahatdır. Amma o şübhəsiz ki, Rusiyanın regionda rolunu və nüfuzunu artırmağı xoşlayır. Qeyd etdiyiniz kimi, 2020-ci ildə Ermənistanla Azərbaycan arasında gedən döyüşlər nəticəsində Rusiya indi Cənubi Qafqazın hər üç ölkəsində quruda qüvvələrə malikdir, aydın olmaq üçün bu, gürcülərin dəvəti ilə olmayıb. Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana reaksiyası və orada etirazların və səylərin yatırılmasına kömək etməsini qeyd etdiniz, baxmayaraq ki, guya həmin qüvvələrin çıxarılmasına başlanılıb.

Bu gün biz Belarusda Rusiyanın orada rolu, təsirini və nüfuzunu əhəmiyyətli dərəcədə artırmaq səyini görürük. Amma maraqlısı odur ki, biz Belarus-Rusiya müqaviləsinin yekunlaşmasını görməmişik, qismən ona görə ki, yenə də düşünmürəm ki, Putin Belarusu ələ keçirmək üçün məsuliyyəti öz üzərinə götürmək istəyir. O, Belarusun demokratik yolla uğur qazanmasını istəmir. O, Belarusun Atlantik icmaya daha yaxından inteqrasiya edərək uğur qazanmasını istəmir, ona görə də Bayden administrasiyası Rusiya ilə proqnozlaşdırılan bilən və sabit münasibətlər haqqında danışarkən səhv etdiyini düşünürəm. Putin nə münasibətlərdə, nə də Rusiya ilə sərhəddə yerləşən ölkələrdə proqnozlaşdırılma və sabitlik istəmir. O, qeyri-sabitliyi qızışdırmağa, gözlənilməzlik yaratmağa üstünlük verir ki, hamı bizim indi verdiyimiz sualı versin ki, Rusiya Ukraynaya yenidən müdaxilə edəcək, yoxsa Putinin qərarı nəticəsində Rusiya ilə Ukrayna arasında yeni müharibə görəcəyik? Bütün dünyanın diqqəti ona yönəlib. Onun keçən ilin iyun ayında ABŞ prezidenti Baydenlə təkbətək görüşdüyü sammit çox xoşuna gəldi. Baydenin bir neçə ayrı görüşü, ikitərəfli görüşləri var idi, o, NATO-ya üzv bütün ölkələr, Böyük Yeddilər, Avropa İttifaqı ilə kollektiv şəkildə görüşmüşdü, lakin ən böyük diqqət Putinlə zirvə görüşünə verilmişdi. Buna görə də Putin dünya səhnəsində ABŞ lideri ilə bərabər görünməyi xoşlayır. Putin Ukraynaya yenidən müdaxilə etmək qərarına gəlsə, buna əlbəttə ki, son qoyulacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG