Accessibility links

Davud Turan: İran hökümətini devirmək istəyən müxalifət sanksiyaları dəstəkləyir


Davud Turan
Davud Turan

“Azərbaycan Milli Hərəkatı içərisindəki siyasi qruplar və partiyalar, mənə görə, xalqa bunu anlatmalıdırlar ki, bu sanksiyalar sizi deyil, İran rejimini hədəf alır,” siyasi fəal Davud Turan Amerikanın Səsi ilə söhbətdə bildirir.

Davud Turan Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:11 0:00

Donald Tramp adminstrasiyasının bərpa etdiyi yeni sanksiyalar İranın gəmiçilik, aviasiya, maliyyə və enerji sektorlarını hədəf alır.

Azərbaycan Milli Hərəkatı içərisindəki siyasi qruplar və partiyalar, mənə görə, xalqa bunu anlatmalıdırlar ki, bu sanksiyalar sizə qarşı deyil.

Keçmişdə tətbiq edilmiş sanksiyaların da olduqca təsirli olduğunu önə çəkən Davud Turan yeni dövr sanksiyaların daha ağır və daha effektiv olacağını vurğulayır:

“Əvvəlki sanksiyaların da müəyyən nəticələri var idi. Keçən sanksiyalarda İranın iqtisadiyyatı o qədər sıxıntıya düşmüşdü ki, hakimiyyəti müzakirə masasına oturtdu. Yəni o sanksiyalar da nəticəsiz deyildi... Amma Amerika rəsmiləri bildirib ki, bu sanksiyalar daha ağır və daha dərin olacaq.”

Rejim tərəfdarları Tehranda ABŞ sanksiyalarına etiraz edir. 4 noyabr, 2018.
Rejim tərəfdarları Tehranda ABŞ sanksiyalarına etiraz edir. 4 noyabr, 2018.

Milli fəalın dediklərinə görə, “keçmişdə İran hakimiyyəti sanksiyaları dəlmə və ya yumşaltmanın yollarını axtarırdı... Amma, Amerika dövləti bu səfər çox əhatəli araşdırmalar nəticəsində İranın xaricdə əməkdaşlıq etdiyi güclər və sərmayə mərkəzləri ilə bağlı geniş bir siyahı çıxardı və onlara da sanksiyalar tətbiq edir. Amerika dövləti İranın sanksiyaları necə dəldiyini bilib.”

İran müxalifətinin yeni sanksiyalara münasibətini şərh edən Davud Turan hesab edir ki, İslam Respublikasının devrilməsi istiqamətində fəaliyyət göstərən müxalifət sanksiyaları dəstəkləyir.

ABŞ İranın sanksiyaları necə dəldiyini bilib.

O, sosial mediada sanksiyalara qarşı kampaniya təşkil edənlərin ümumiyyətlə reformçu qruplara mənsub olduqlarını söyləyir.

“İran daxilindəki 'islahatçılar', ki hətta xaricdə də varlıqları görünür, sanksiyalara qarşı çıxırlar. Deyirlər ki, bu sanksiyalar xalqa təsir edir,” siyasi şərhçi bildirir.

Davud Turan əlavə edir, “Azərbaycan Milli Hərəkatı içərisindəki siyasi qruplar və partiyalar, mənə görə, xalqa bunu anlatmalıdırlar ki, bu sanksiyalar sizə qarşı deyil. İran dövlətinin bütün cəhdi budur ki, bunu birbaşa xalqı hədəf alan sanksiyalar kimi göstərsin.”

XS
SM
MD
LG