Accessibility links

Davudoğlu baş nazir vəzifəsindən gedir


Türkiyənin Baş naziri Əhməd Davudoğlu hakim “Ədalət və İnkişaf” partiyasının qarşıdan gələn qurultayında yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcəyini bildirib. Bu, onun vəzifəsindən gedəcəyi deməkdir.

Davudoğlu “Ədalət və İnkişaf” partiyasının icra komitəsində görüşdən sonra Ankarada mətbuat konfransında partiyanın birliyi və rəhbərlikdə dəyişikliyin münasib olduğunu deyib.

O, partiyada qalıb, hakim partiyanın qanunvericisi kimi fəaliyyətini davam etdirəcəyinə işarə edib. O eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sadiq qalmağa söz verib. Ərdoğan bunun baş nazirin özünün qərarı olduğunu deyib və ona ən xoş arzularını bildirib.
Davudoğlunun istefası dərhal qüvvəyə minməyəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu

“Ədalət və İnkişaf” partiyasının mayın 22-də keçiriləcək fövqəladə qurultayında Baş nazir Davudoğlunu əvəz edəcək yeni partiya lideri seçiləcək.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Davudoğlu prezident Barak Obama və vitse-prezident Co Beydenlə görüşmək üçün mayən 2-də Birləşmiş Ştatlara səfər etməli idi. Bəzi xəbərlərə əsasən, bu, prezident Ərdoğanın qəzəbinə səbəb olub və səfər təxirə salınıb.

Ərdoğan və Davudoğunun şərşənbə axşamı görüşdüyü, lakin fikir ayrılıqlarına son qoya bilmədikləri bildirilir. Davudoğlu Ərdoğanın przidentin səlahiyyətlərinin artırlması da daxil olmaqla yürütdüyü siyasə güclü dəstək verib.

İki siyasətçi arasında gərginlik keçən həftə “Ədalət və İnkişaf” partiyasının 50 üzvü olan icra komitəsinin Davudoğlunun yerli və vilayət lidelərinin təyin olunması səlahiyyətlərini əlindən aldığı zaman yaranıb.

Türkiyə rəhbərliyində bu gərginlik ölkənin Avropa İttfaqına üzv olmaq, qaçqın axınının qarşısını almaq və İŞİD-ə və kürd yaraqlılarına qarşı mübarizə səylərini gücləndirdiyi bir vaxt baş verir.

XS
SM
MD
LG