Klinik ölüm keçirən insanlar adətən işıqlı bir tunelə düşdüklərini, ruhlarının bədəndən ayrıldığını və ya özlərini cənnət qapısında gördüklərini deyirlər. Alimlər isə bunu əslində klinik ölümlə üzləşən insanların beyinlərinin reaksiyası kimi qiymətləndirirlər.
Ölümə yaxın hisslər demək olar ki, hamıda eynidir. Mənsubiyyətindən asılı olmayaraq, dünyada klinik ölümlə üzləşəndən sonra ayılan 20 faiz insan eyni səhnəni təsvir edir. Belə bir fenomenin elmi baxımdan izahı olmadığı üçün bu ya dinlə əlaqələndirilir, ya da bunun halusinasiya olduğu deyilir.
Alimlərin çoxu klinik ölümün ürəyin müvəqqəti dayanması və beyinə oksigen çatmaması səbəbindən baş verdiyini deyir. Miçiqan Universitetindən Cimo Borjigin kliniki ölüm keçirən hər kəsin eyni səhnəni təsvir etdiyini deyir: “Onların hamısının parlaq işıq gördüklərini deməsi, görmə hisslərinin hələ də aktiv olması deməkdir.”
Borjigin və onun həmkarları 9 siçovul üzərində təhqiqat aparmaq qərarına gəliblər. Onlar elektro-ensefaloqramın köməyi ilə siçovul beyninin altı müxtəlif nahiyəsində neyronların fəaliyyətini izləyiblər və aktivliyin əsasən beyinin emosional cavabı qavrama və yaddaşın yerləşdiyi hissəsində qeydə alıb. Beynin elektrik məlumat bazası heyvanların ayıq və narkoz verilmiş vəziyyətində toplanıb.
Alimlərin dediyinə görə, ölüm inyeksiyası və ya kalium xlorid vurulan heyvanların beyinlərində ölümdən sonrakı 30 saniyəlik fəaliyyət müşahidə edilib. Doktor Borjiqinin dediyinə görə, həmin 30 saniyəlik müddətdə beynin fəaliyyəti ayıq beyinlə müqayisədə olduqca yüksək olur. Alimlər bunu oksigen çatışmazlığı ilə izah edir ki, eyni proses insan beynində də müşahidə olunur.