Accessibility links

Prezidentliyə demokrat namizədlər arasında növbəti debat keçirilib [video]


Şənbə günü ABŞ prezidentliyinə demokrat namizədlər arasında keçirilən üçüncü debatda xarici siyasət və iqtisadi məsələlərdə başlıca məqamları müzakirə edərkən üç demokrat namizədin mövqeyi qarşılaşıb. Budəfəki debat Nyu Həmşer ştatında keçirilib.

ABŞ-da prezidentliyə demokrat namizədlərin növbəti debatı keçirilib
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Demokratlar arasında keçirilən debat Paris və Kaliforniya ştatının San Bernardino şəhərində terror hadisələrindən sonra ilk debat idi.

Seçkilərdə qabaqçıl namizəd Hillari Klinton və onun əsas rəqibi Vermond ştatından senator Berni Sanders İŞİD-in məğlub edilməsinin vacibliyindən danışıb.

Hillari Klinton ABŞ əsgərlərinin qurudan müharibəyə cəlb edilmədən İŞİD-i məğlub etmək strategiyasını açıqlayıb.

BERNİ SANDERS

Demokrat namizəd

“Elə bir strategiya ki, İŞİD-i məğlub edir, amma Yaxın Şərqdə baş verən əbədi müharibə bataqlığına uzaq tutur.”

Lakin Sanders, Klinton və sabiq Meriland ştatının qubernatoru Martin Omallinin mövqeləri Suriya prezidenti Bəşar Əssədi devirməyin İŞİD-ı məğlub etmək strategiyasına daxil olub-olmaması məsələsində ayrılır.

BERNİ SANDERS

Demokrat namizəd

“Mən xanım Klintonun rejim dəyişikliyi məsələsinə bu qədər maraq göstərməsindən və bunun nə ilə nəticələnəcəyini bilməyərək, məsələyə bu qədər aqressiv yanaşmasından narahatam.”

Omalli də rejim dəyişikliyinin əleyhinə çıxış edib.

MARTİN OMALLEY

Demokrat namizəd

“Əsədin getməsini biz bəyan etməməliyik. Konstitusyada harada yazılıb ki, diktatorun getməsini müəyyən etmək Birləşmiş Ştatların və ya dövlət katibinin vəzifəsidir?”

Lakin Klinton hər iki məqsədin mümkün olduğunu bildirib.

HİLLARİ KLİNTON

Demokrat namizəd

“Bizim ölkəmiz və regina təhlükə yaradan İŞİD-ə qarşı mübarizə üçün strategiyamız və öhdəliyimiz var. Nəhayət ki, biz BMT Təhlükəsizlik Şurasını bütün dünyanı Suriyada siyasi dəyişiklik etmək üçün bir araya gəlməsinə nail olduq. Əgər ABŞ bütün bunlara liderlik etməsə, dünyada digər belə bir lider yoxdur.”

Klinton və Omalli eyni zamanda respublikaçı namizəd Donald Trampın beynəlxalq etiraza səbəb olmuş amerikalı müsəlmanların ABŞ-a daxil olmalarına qadağa tətbiq etmək çağırışlarını tənqid etdilər.

HİLLARİ KLİNTON

Demokrat namizəd

“Tramp İŞİD-in sıralarına insan cəlb etməsinə kömək edir. İŞİD Trampın müsəlmanları təhqir etdikləri videosunu paylaşaraq ətrafına daha da çox insan toplayır. ”

MARTİN OMALLEY

Demokrat namizəd

“Bizi insanlar kimi bir araya gətirən faktlara nəzər salmalıyıq. Din azadlığı, ifadə azadlığı və sairə. Biz təhlükəsizlik naminə azadlığımızı qurban verməməliyik.”

Demokrat namizədlərinin mövqeləri səhiyyə xidməti, silahlara nəzarət və Uoll Streetdə islahat məsələlərində də toqquşub.

Ölkə boyu keçirilən sorğularda Hillari Klinton hələ də demokrat namizədlər arasında birincidir.

XS
SM
MD
LG