Accessibility links

ABŞ prezidentliyinə demokrat namizədlər debat keçirib


ABŞ-ın Demokrat Partiyasının prezidentliyə potensial namizədləri çərşənbə axşamı günü Ayova ştatında debat keçirib. 3 həftə sonra - fevralın 3-də bu ştat partiyanın rəsmi namizədinin müəyyən edilməsinə yol açacaq praymerilər və kokuslara start verəcək.

Budəfəki debatın diqqət mərkəzində İran da yer alıb.

Co Bayden, Berni Sanders, Elizabet Uorren, Pit Buticec, Emi Klobuçar və Tom Steyerin iştirakı ilə keçirilən diskussiyalar İranla bağlı gərginliklərdən əlavə, prezident Trampın Senatda impiçmenti üzərində mərkəzləşib.

Debatın əvvəlində proqressiv senator Berni Sanders özünü sabiq vitse-prezident Co Baydenlə müqayisə edib. O, 2002-ci ildə İraqa qarşı hərbi əməliyyatların kəskin etirazçısı olduğunu yada salıb. Sanders İraq əməliyyatlarını ABŞ tarixində “xarici siyasətin ən kobud səhvi” adlanıdırıb.

Bayden İran əməliyyatlarını dəstəklədiyini etiraf etsə də, Barak Obamanın hakimiyyəti dövründə ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq səylərini də diqqətə çatdırıb.

Rəy sorğularına görə, namizədlər arasında öndə gedən Bayden səsvermədə ilk iştirak edən Ayova, Nyu Hempşir kimi bir sıra ştatda kəskin müqavimətlə üzləşib. Xüsusilə də Sandersin Vermont ştatında.

kəskin müqavimətlə üzləşib. Xüsusilə də Sandersin Vermont ştatında.

Rəy sorğularına görə, Sanders Ayovada öndə gedir.

Sanderslə gərginliklər Massaçussets senatoru Elizabet Uorren arasında da dərinləşməkdədir.

Rəy sorğularına görə, mövqeyi bir qədər zəifləyən Uorren hələ də Ayova və Nyu Nempşirdə bir namizəd kimi qüvvəsini saxlamaqdadır.

Daha bir güclü namizəd İndiana ştatının Sayt-Bend şəhərinin meri Pit Buticecdir. O, televiziya reklam kampaniyasından sonra mart ayında praymerilərdə iştirak etməlidir.

Ayova yarışlarının nə ilə bitəcəyi bəlli olmasa da, kampaniyaların templəri sürət toplamalıdır. Hər şey Ayova və Nyu Hempşir seçicilərinin namizədlər haqda ilk rəylərini bildirməsindən asılı olacaq.

XS
SM
MD
LG