Accessibility links

ABŞ prezidentliyinə namizədlərin ilk debatı [Video]


ABŞ prezidentliyinə namizədlərin ilk debatı
please wait

No media source currently available

0:00 0:02:56 0:00

ABŞ prezidentliyinə namizədlər-demokrat Hillari Klinton və respublikaçı Donald Tramp bu həftə ilk debatlarını keçirib. Ağ Ev iqtisadiyyat və xarici siyasətin gündəmində olduğu debatları 2016-ci il seçkilərinin həlledici anları kimi qiymətləndirib. Hər bir namizədin 90 dəqiqəlik qarşıdurma vaxtı olub.

Hillari Klinton və Donald Tramp arasında debatlara onların biri-birinin əlini sıxması ilə start verilib.

Namizədlər arasında retorikaların qızışmasına çox vaxt tələb olunmayıb.

Trampın biznes, Kintonun isə hakimiyyət təcrübəsi mübahisələrin mərkəzində yer alıb.

İŞİD-ə qarşı mabarizəyə gəlincə…..

Donald Tramp: “O bizə İŞİD-lə necə mübarizə edilməsini öyrədir. Onun veb səhifəsinə girin. Məncə general Duqlas Makartur bunları görmək istəməzdi.”

Hillari Klinton: “Mənim heç olmasa İŞİD-lə mübarizə planım var.”

Donald Tramp “Siz düşmənə nə edəcəyinizi bildirirsiniz.”

Hillari Klinton: “Xeyr, elə deyil.”

Tramp vergilərdən yayındığına da bəraət qazandırıb. Hazırda onun vergiləri yoxlanılmaqdadır.

Donald Tramp: “Mən verfi ödənişlərimi Klintonun 33 min məktubu necə sildiyini göstərdikdə açıqlayacam.”

Hillari Klinton: “Mən onun vergilərini açılayacağına inanmıram. Onun gizlətdiyi şeylər var."

Klinton şəxsi elektron poçtundan istifadə etdiyinə dair təəssüfünü də dilə gətirib. Belə ki, bu məsələ onun seçicilərinin etibarını itiməsinə yol açıb.

Hillari Klinton: “Mən şəxsi poçtumdam istifadə etməklə səhvə yol vermişəm.”

Donald Tramp “Bu doğrudur.”

Hillari Klinton: “Əgər bir də o imkanım olsa idi, başqa cür hərəkət edərdim.”

Debatlar Klintonun cavablarının çox vaxt Trampın onun sözlərini kəsməsi ilə keçib.

Tramp onu kampaniyasına debatlara hazırlıq üçün ara verdyində günahlandırıb.

Donald Tramp “Siz evdə qalanda mən kampaniyamı davam etdirirdim.”

Hillari Klinton “Donald məni hazırlıqlara görə günühlandırır. Bəli, mən hazırlaşırdım. Siz mənim nəyə hazırlaşdığımı bilirsinizmi? Mən prezident olmağa hazırlaşıram.”

Klinton Obamanın vətəndaşlığını sual edən Trampı özünü müdafiə etməyə məcbur edib. Tramp 2002-ci il radio müsahibəsinə zidd olaraq İraq müharibəsinin əleyhinə çıxış edib. Bir də temperament məsələsi….

Donald Tramp: “Mənim mühakimələrim onunkundan güclüdür. Temperamentim də ondan qat-qat yüksəkdir.”

Hillari Klinton: “Onun nüvə silahlarına dair mövqeyi olduqca narahatedicidir. Bir tvitterdən təhrik edilən şəxsin barmaqları nüvə kodlarına yaxın düşməməlidir.”

Namizədlər arasında daha 2 debat keçirilməlidir. Lakin gələn həftə baş tutacaq debatlarda vitse-prezidentliyə namizədlər-demokrat Tim Keyn və respublikaçı Mayk Pens yarışacaq.

XS
SM
MD
LG