Accessibility links

Amerikalı aktrisa Debbi Reynolds 84 yaşında dünyasını dəyişib


Amerikalı aktrisa Debbi Reynolds Kaliforniyada Beverli Hillsdə oğlunun evində olduğu zaman keçirdiyi beyin qansızması nəticəsində 84 yaşında dünyasını dəyişib.

Debbi Reynolds qızı aktrisa Kerri Fişerin ölümündən bir gün sonra vəfat edib.

Reynoldsun oğlu Todd Fişer ölüm xəbərini təsdiqləyərək, anasının "qızının yanında olmaq istədiyini" deyib.

1952-ci ildə o, aktyor Cin Kelli ilə bərgə "Singin' in the Rain" filmində çəkilib və "The Unsinkable Molly Brown" müziklindəki roluna görə Oskar mükafatına nominasiya edilib. Reynolds həmçinin 1973-cü ildə Brodvey teatrının səhnəsində "Irene'' müziklinə görə Tony mükafatına nominasiya edilib.

Pərəstişkarları Reynoldsun xatirəsini anmaq üçün Los Ancelesdə Hollivudun Şərəf alleyasında digər məşhurların həkk edilmiş ulduzları ilə yanaşı Reynoldsun ulduzu önünə toplaşıb.

Debbi Reynolds əqli xəstəliklərin müalicəsinə yardım məqsədilə yaratdığı Thalians təşkilatı da daxil olmaqla, illər uzunu müxtəlif təşkilatlarda xeyriyyə missiyalarında iştirakı ilə tanınırdı.

O, üç dəfə evil olub. Onun həyat yoldaşlarından biri müğənni Eddi Fişer olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG