A look at the best news photos from around the world.
Dünyadan görüntülər
Dünyanın hər yerindən günün ən maraqlı fotoları

1
Əfqanıstan - Təhlükəsizlik qüvvələrinin üzvləri paytaxt Kabildə maşına yerləşdirilmiş bomba partlayışının baş verdiyi yerdə təhqiqat aparır, 20 dekabr, 2020.

2
Nigeriya - Azad edilmiş məktəbli Muhammed Bello Kankarada evinə qayıdan zaman qohumları tərəfindən qarşılanır.

3
Yaponiya - Tokio şəhərində uşaqların istismarına qarşı Harley Santa Club tərəfindən təşkil edilən yürüş və Milad bayramı ərəfəsində Toy Run paradından əvvəl Şaxta baba kostyumları geymiş ev heyvanları motosikletlə küçədən keçir.

4
İtaliya - Roma sakinləri hökumətin koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün Milad bayramı dövründə məhdudiyyətlər tətbiq etməsindən öncə Via Del Corso küçəsi ilə gəzirlər.