A look at the best news photos from around the world.
Dünyadan görüntülər
Dünyanın hər yerindən günün ən maraqlı fotoları

1
İtaliya - Tibb bacısı Elena Betti Florensiya şəhərindəki Kareggi xəstəxanasında COVID-19-a qarşı Pfizer-BioNTech peyvəndini alıb.

2
Almaniya - Silahlı qüvvələri Bundesvehr vaksinasiya qrupu Berlində qocalar evində COVID-19-a qarşı Pfizer/BioNTech peyvəndlərini tətbiq etməyə hazırlaşır.

3
Bosniya - Ədyala bürünmüş miqrant Bosniyanın şimal-qərbində, Xorvatiya ilə sərhəd yaxınlığındakı Lipa düşərgəsində qar bağlamış yolla gedir.

4
Tennessi - Müstəntiqlər Naşvill şəhərində 2-ci avenyuda partlayışın baş verdiyi yerdə təhqiqat aparır.