Accessibility links

Dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günüdür


Human Rights Day
Human Rights Day

Bu gün, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günüdür.

70 il öncə, 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası "İnsan hüquqları haqqında ümumi bəyannamə" qəbul edib. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur.

Bu konsepsiyaya görə, hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi baxışlarından və sosial mənşəyindən asılı olmayaraq bərabərdir.

1950-ci il noyabrın 4-də Romada əsas insan hüquq və azadlıqlarının qorunmasından ötrü Avropa İnsan Hüquqları Konvensiyası imzalanıb. Bu konvensiyaya əsaslanan Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fəaliyyət göstərir.

İndi biz sıfır mətbuat, sıfır TV, demək olar ki, məhv olunmuş vətəndaş cəmiyyəti ilə giririk növbəti insan haqları ilinə.
Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayıl dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günü münasibətilə Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insanların fundamental azadlıqlarının hazırki durumunu acınacaqlı adlandırıb.

“İndi biz sıfır mətbuat, sıfır TV, demək olar ki, məhv olunmuş vətəndaş cəmiyyəti ilə giririk növbəti insan haqları ilinə. 2003-cü ildə bəzən bizə elə gəlirdi ki, vəziyyət faciəvi idi. Amma bütün baş verən faciələrlə insan ölümü, ixtişaşlar, həbslər və s. onunla yanaşı ümidsiz deyil idi. İndi vəziyyət ümidsizdir. İndi biz bu ümidin bərpa olunmasına çalışmalıyıq.”

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda azadlıqların pozulması ilə bağlı çoxsaylı qərarlar qəbul edib. Amnesty İnternational təşkilatı Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.

Azərbaycanda siyasi məhbuslarla bağlı əsasən iki siyahı var. Bu siyahılarda rəqəmlər 150 civarında dəyişir. Onların arasında bir neçə jurnalist və bloqqerin də adı yer alır. Rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmır. Yüksək səviyyəli hökumət rəsmiləri bütün fundamental azadlıqların təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Rəsmi Bakı hüquq və azadlıqlaırn pozulması ilə bağlı tənqidləri bir qayda olaraq qərəzli adlandırır.

XS
SM
MD
LG