Accessibility links

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək


Bələdiyyə seçkiləri
Bələdiyyə seçkiləri

Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib. Bu barədə Mərkəzi Seçki Komissiyası oktyabrın 18-də keçirilən iclasında elan edilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər 118 seşki dairəsində 1606 bələdiyyə şurasında 15156 yerə keşiriləcək.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.

2014-ci dekabrın 23-də 1607 bələdiyyədə 15035 yer uğrunda seçkilər keçirilmişdi. 8 bələdiyyədə seçkilərin nəticələri ləğv edilmişdi.

Ekspertlər hesab edir ki, Azərbaycanda bələdiyyə orqanlarının səlahiyyətləri məhduddur. İdarəetmə üzrə bütün səlahiyyətlər demək olar ki, icra hakimiyyəti orqanlarında cəmləşib. Avropa Şurasının Venesiya Komissiyası dəfələrlə bələdiyyələrin səlahiyyətlərinin genişləndirlməsinin vacibliyini bildirib.

Son bələdiyyə seçkilərində müxalifət partiyaları iştirak etməyib.

Bu il ReAl Partiyası ölkənin paytaxtında, o cümlədən bir sıra böyük şəhərlərdə şəhər bələdiyyələrinin yaradılması təşəbbüsü ilə çıxış edib. Partiya seçicilərin imzası ilə qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət edib. Lakin Mərkəzi Seçki Komissiyası seçicilərin imzalarının qanunvericilik təşəbbüsü ilə çıxış etmək üçün bəs etmədiyini bildirib. Bu ReAL tərəfindən siyasi bəhanə adlandırılaraq tənqidlə qarşılanıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG