Accessibility links

ANAMA əfqanlara mina axtarmaq öyrədir


Mina təmizləmə
Mina təmizləmə

Agentliyin mütəxəssisləri Kabil şəhəri və Pərvan əyalət məktəblərinin 800 müəlliminə maarifləndirici təlimlər keçib.

Azərbaycan Minalardan Təmizləmə üzrə Milli Agentliyi (ANAMA) Azərbaycan hökumətinin “Qeyri-hərbi sahədə humanitar yardım proqramı” çərçivəsində Əfqanıstana dəstəyini davam etdirir.
ANAMA-nın məlumatına görə, agentlik 2009-cu ildən Əfqanıstan Minatəmizləmə Departamentinə bu sahədə milli potensialın yaradılması, mina təhlükəsinə qarşı maarifləndirmə işlərini həyata keçirir. Maarifləndirmə sahəsində şagirdlərə 24 min, müəllimlərə 1500 ədəd vəsait çap edilərək göndərilib. Agentliyin mütəxəssisləri Kabil şəhəri və Pərvan əyalət məktəblərinin 800 müəlliminə maarifləndirici təlimlər keçib və bu işlərin 2012-13-cü illəırdə davam etdirilməsi nəzərdə tutulur.
Əməkdaşlığın davam etdirilməsi üçün Əfqanıstanın bu sahə ilə bağlı bir neçə rəsmi şəxsinin iyulun 2-dən Azərbaycana səfəri başlayıb, Tacikistan Minatəmizləmə Mərkəzinin rəhbəri də Azərbaycanda səfərdədir.
Əfqanıstan və Tacikistan təmsilçilərinin Azərbaycanın Füzuli regionunda aparılan minatəmizləmə əməliyyatları, minaaxtaran itlər və mexaniki minatəmizləmə maşınlarının fəaliyyəti ilə tanış olmaq üçün iyulun 3-də Füzuli Regional Bazasına səfəri nəzərdə tutulur. İyulun 4-də isə ANAMA tərəfindən keçirilən təlimlər və təlim avadanlıqları ilə tanışlıq məqsədilə qonaqlar Göygöl Regional Təlim Bazasına səfər edəcək.
XS
SM
MD
LG