Accessibility links

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərləri görüşüb


TRACECA
TRACECA

Yanvarın 14-də Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib.

Report agentliyinin məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib ki, görüşdə tranzit yük daşımalarının təşkilində imtiyazlı tarif şərtləri müzakirə edilib. bununla bağlı sənəd imzalanıb.

“Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin bildirib ki, 2020-ci ilə kimi Transxəzər nəqliyyat dəhlizi vasitəsilə yükdaşımaların ümumi həcmi 300 min konteyner olacaq.

“Bu sənədin imzalanması hər dörd ölkə üçün uğurlu olacaq. Bu istiqamətdə yük daşımaları hər birimiz üçün həm əhəmiyyətli, həm də sərfəli olacaq”.

Görüşdə “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov da iştirak edib.

Tərəflər Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşımanın həcmi, Avropadan Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə və geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrinin müəyyənləşdirilməsi ilə yanaşı, Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi məsələləri müzakirə edib.

Tədbirin sonunda imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı sənədlər imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG