Accessibility links

Dəməşqdə bomba partlayışları


Suriya paytaxtı Dəməşqdə maşına yerləşdirilmiş bomba parlayışları nəticəsində səkkiz adam ölüb, 12 nəfər yaralanıb. Rəsmilər zorakılığı Ramazan bayramından sonra səhər saatlarında izdihamlı yerləri hədəf alan hücum kimi qiymətləndirir.

Dövlət mediasında verilən məlumata əsasən, intiharçı partlayıcılarla dolu maşını təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığı zaman partladıb. Bombaların yerləşdirildiyi digər iki avtomobil şəhərə daxil olmazdan əvvəl saxlanılıb.

Dəməşq qubernatoru Bəşr Əl-Şabban bildirib ki, iki bomba hücumçusu təhlükəsizlik qüvvələri tərəfindən hava limanına gedən yolda şəhərin girişində saxlanılıb. Onun sözlərinə görə, hücumçular maksimum xəsarət üçün şəhərin mərkəzinə yollanırdı.

Suriyanın yerli administrasiya naziri Hüseyn Maxluf deyib ki, hadisəyə cavab böyük tələfatlara yol verilməməsi üçün hücumun qarşısının müvəffəqiyyətlə alınmasıdır.

Suriya dövlət televiziyasında ölənlər və yaralananların mülki vətəndaşlar, ya da təhlükəsizlik qüvvələrinin üzvləri olub-olmadığı haqda bir söz deyilməyib. Hücum Ramazan bayramından sonra birinci iş günü başlayan zaman törədilib.

Prezident Bəşar Əl-Əsəd administrasiyasının qərargahlandığı Dəməşqdə bu kimi hücumlar nadir hallarda baş verir.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Haqlarını Müşahidə qrupu da Dəməşqdə üç partlayış törədildiyi haqda məlumat verib. Qrup üç hücumcu da daxil olmaqla, 12 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG