Accessibility links

Ayovada Demokratların ilkin seçkisi keçirilir


Вazar ertəsi Ayovada Demokratların ilkin seçkisi - kokusu keçirilir. Proses noyabr ayında keçiriləcək seçkilərə namizəd müəyyən etməsinə xidmət edir. Namizədlər tərəfadarlarını cəlb etmək üçün son səylərini səfərbər edir.

Kokusda 11 namizəd iştirak edəcək. Onların hər biri Donald Trampı məğlub edəcəyi ümidi ilə rəsmi namizəd olacağına inanır.

Kokusdan əvvəl keçirilən rəy sorğularına görə, senator Berni Sanders və sabiq vitse-prezident Co Bayden eyni göstəricilərlə ön sıralarda yer alır.

Berni Sanders
Berni Sanders

Onlardan bir qədər geridə senator Elizabet Vorren və Sayt-Bend şəhərinin sabiq meri Pit Buticec gəlir.

Kokus iştirakçılarının çoxu hələ qərar vermədiklərini bildirib. Təhlilçilər isə sürprizlər gözlənildiyini proqnozlaşdırır.

Bülletenlərlə səsvermə keçirilən praymerilərdən fərqli olaraq kokus iştirakçıları məktəb binaları, bələdiyyələr, boş mağazalar, hətta evlərdə toplaşır.

Onlar seçdikləri namizəd haqda fikrini söyləyir, əllərini qaldırır.

15 faizdən az səs toplayan namizəd tərəfdarının mövqeyini dəyişərək, başqa namizədə dəstək vermək haqqı var. Bundan sonra ştat boyu səslər hesablanır və qalib elan edilir.

Co Bayden
Co Bayden

Ayova kokuslarına diqqət çox olsa da, proqnozlar heç də həmişə düzgün olmur.

1992-ci il kokusunda Bill Klinton çox az göstərici - 3 % əldə etmişdi. Lakin bu, onu Ağ Evə sahib olmaq imkanından məhrum etməmişdi.

Texas senatoru Ted Kruz 2016-cı ildə Ayova kokusunun qalibi olsa da, namizəd Donald Tramp seçilmişdi.

Ayovanın sabiq qubernatoru Tom Vilsak hesab edir ki, ştat əhalisi kokuslarla mübarizə meydanını daraldır və layiqli namizədlər üçün imkanlar yaradır.

XS
SM
MD
LG