Accessibility links

Demokrat partiyasının qeyri-müəyyən gələcəyi [Video]


Demokrat partiyasının qeyri-müəyyən gələcəyi
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Demokrat partiyasının qeyri-müəyyən gələcəyi

Ötən ay prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən və Respublikaçıların Senat və Nümayəndələr Palatasına nəzarəti ələ keçirməsindən sonra ABŞ-ın Demokrat partiyası bəzi dəyişikliklər etmək istəyir.

Prezidentliyə yeni seçilmiş Donald Tramp qələbə turu çərçivəsində Sinsinatiyə səfər etdiyi zaman onun tərəfdarları 45-ci prezidenti böyük həyəcanla qarşılayıb.

Partiyanın gələcəyi nədir? Bu partiya Elizabet Vorren və Berni Sanders kimi daha mütərəqqi siyasətçiləri izləyib partiyanı daha da sola çəkəcəklərmi, yoxsa Hillari Klinton kimi daha mərkəz mövqe tutacaqlar?
Con Fortier

“Tarix çağırdı və bu gözəl ştatın insanları bu çağırışa cavab verdi. Siz məndən çox razı qalacaqsınız. Birlikdə biz Amerikanı yenidən möhtəşəm edəcəyik”, deyə Tramp bildirib.

Hillari Klintonun məğlubiyyətindən sonra Demokratlar partiyası üçün ab-hava tamamilə fərqlidir.

Təhlilçi Con Fortierin dediyinə görə, demokratlar Nümayəndələr Palatası və Senatda azlığı təşkil edir və onlar Tramp admnistrasiyası zamanı nə cür müxalifət olacaqları ilə bağlı tərəddüdlərlə qarşılaşırlar.

“Partiyanın gələcəyi nədir? Bu partiya Elizabet Vorren və Berni Sanders kimi daha mütərəqqi siyasətçiləri izləyib partiyanı daha da sola çəkəcəklərmi, yoxsa Hillari Klinton kimi daha mərkəz mövqe tutacaqlar?” deyə Fortier bildirib.

Sandersin isə Demokratları fəhlə sinfinə aid seçicilərə qarşı mövqeyini dəyişmək istədiyi görünür.

“Fəhlə və orta sinfə aid, az təminatlı milyonlarla insan çarəsizlik içində yaşayır”, Sanders deyib.

Ohayo konqresmeni Tim Rayan da Berni Sanderslə eyni fikirdədir. O,

Nümayəndələr Palatasının Demokrat liderliyi uğrunda yarışda Nensi Pelosiyə məğlub olub.

Hillari Klinton
Hillari Klinton

“İnanıram ki, əgər biz, demokratlar, qalib gəlmək istəyiriksə, bizim bu ölkədəki hər bir insanla rezonans yaradacaq iqtisadi mesajımız olmalıdır”, Rayan deyib.

Partiyanın gələcəyi prezident Barak Obamanın da diqqət mərkəzindədir.

“Bəzi dəyərlər mübahisə mövzusu ola bilməz. Amma fikrimcə, biz siyasi baxımdan necə formalaşmalı olduğumuz üzərində bir az düşünməliyik”, deyə Obama bildirib.

Mühafizəkar şərhçi Frend Barns deyir ki, bu il fəhlə sinfinə aid çox sayda ağdərili amerikalı Trampa səs verdi.

“O, respublikaçıların heç bir zaman edə bilməyəcəyini düşündüyüm şeyi etdi ki, bu da Pensilvaniya, Ohayo, Miçiqan və Viksonsin ştatlarında, yəni ölkənin sənaye bölgəsində qalib gəlməkdir. Orada çox sayda fəhlə sinfi insanı var, amma onların çoxu işsizdir.”

Konqresdəki demokratlar ya Trampa qarşı çıxacaqları, ya da onunla ortaq məxrəcə gələcəklərinə dair qərar verməlidir.

XS
SM
MD
LG