Accessibility links

ABŞ prezidentliyinə Demokrat namizədlər Oreqon və Kentuki ştatlarında mübarizə aparır


Oreqon və Kentuki ştatlarında demokrat partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə Vermont senator Berni Sanders və sabiq dövlət katibi Hillari Klinton iqtisadi vəziyyəti diqqətə çatdırıb.

Demokrat namizədlər bazar günü Kentukidə kampaniya keçirib. Burada Sanders bərabər maaş, sağlamlıq sığortası və hər kəs üçün təhsil kimi məsələləri vurğulayıb: “Bu kampaniya Amerikanı dəyişmək və arzuladığımız bir ölkə yaratmaq haqdadır”.

Demokratların öndə gedən namizədi Hillari Klinton şərhlərini prezidentliyə Respublikaçı namizəd Donald Trampa qarşı yönəldib.

“Donald Trampdan eşitdiklərimiz təkcə təhqir deyil, bu, təhlükəlidir. Bu, bizim dəyərlərimiz, bizim məqsədlərimizi sual altına alır, şübhə yaradır. O, daha da çox ölkənin nüvə silahına malik olmasından narahat olmadığını və İŞİD-a qarşı nüvə silahını istifadə edə biləcəyini deyir. Bu siyahı böyükdür və olduqca təhlükəlidir” - deyə Klinton bildirib.

Namizədlər Oreqonda 74, Kentukidə isə 61 deleqasiya uğrunda mübarizə aparır.

Demokratların deleqasiyaları bölüşdürmək qaydası toplanacaq səslərdən asılıdır. Klinton və Sanders 2383 səs toplamalıdır ki, deleqasiyaları əldə edərək partyadan prezidentliyə namizəd olsunlar. Hazırda Klinton 2240, Sanders isə 1433 səsə malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG