Accessibility links

Demokrat senatorun istefa verəcəyi gözlənilir


ABŞ senatoru Al Frankenin cümə axşamı illər əvvəl bir neçə qadına qarşı cinsi qısnama ittihamlarıyla əlaqədar istefa verəcəyi gözlənilir.

Minnesotalı senator Al Frankenin bir çox demokrat həmkarı da onun istefa vermək vaxtının çatdığını bildirir.

“Mən ümid edirəm ki, o, doğru yolu seçər və istefa verər” – deyə, Havay ştatının demokrat senatoru Mazi Hirono bildirib.

“Mən öz bəyanatımda da qeyd etmişəm ki, bu iddiaların hamısının ciddi olduğunu düşünürəm. Məncə onun Minnesotada öz xalqı qarşısında çıxış edərkən istefa verməsi ən doğru seçim olar.” Bu sözləri demokrat senator Cef Merkley sözləyib.

Al Franken həmkarlarının bəyanatlarına heç bir cavab verməyib.

XS
SM
MD
LG